Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
26-08-2025 [10:53]
Təbriz VƏFALI
***
Halal olsun həmkəndlilərimə. Kəndimizdə ağına-bozuna baxmadan ağsaqqaldan qarasaqqala, ağbirçəkdən qarabirçəyə kimi, hər kəs zamanla ayaqlaşmağı, gələcək dövrün hər çətinliyinə sinə gərməyi, yeniliyə alışmağı, müasir dövrün ixtiralarını asanlıqla qavramağı, müasirliyi addımbaaddım izləməyi çox yaxşı bacarırlar. Ona görə kəndçilərimin bilmədikləri şeylərə qurd düşər.
Bizim kənddə Sultanəli adlı həmyaşıdım var. Zalım oğlu o qədər kitab oxuyub ki, göydəki ulduzları sayıb qurtarmaq olar, amma onun oxuduğu kitabların sayı-hesabı bilinmir. Əsl canlı ensiklopediyadır. Hardan sual versən, ordan cavab verir. Tarixdən tarixçilərə, ədəbiyyatdan ədəbiyyat müəllimlərinə, kənd təsərrüfatından aqronomlara dərs keçər.
Hələ lüğətlərin köməkliyi ilə rus və ingilis dillərində çap olunmuş kitabları oxuyar, tərcümələr edərdi.
Amma di gəl ki, çox kitab oxumaqdan, çox çalışmaqdan səhhətində ciddi problem yaranıb, başında kəskin ağrıları var, gözlərində zəiflik olduğundan eynək taxır. Amma yenə də Nuh deyir, peyğəmbər demir. Kitab oxumaqdan vaz keçmir.
Sultanəli özünü dəlisov adam kimi aparır, qeyri-adi davranışlar sərgiləyir. Ona görə də həmkəndlilərim ona “dəli” ayaması qoşublar.
Dünən Sultanəli mobil telefonuma zəng eləmişdi. Hal-əhvaldan sonra hazırda hansı kitablarla maraqlandığını, oxuduğunu, hansı tərcümələri etdiyini soruşanda ucadan şaqqanaq çəkdi, az qaldı qəşş edə. Dedi, ay juurnalist qardaş, indi kəndimizdə kitab-zad oxuyan yoxdur. Arı şirəyə yığılan kimi bizim kənddə hər kəs daraşıb telefonlara, kömpüterlərə. Hamı internetə qoşulub. Kəndçilərimiz telefonlarına, kompüterlərinə ChatGPT proqramı yazdırandan üzübəri evlərdəki televizorları, radioları toz basıb. Kitabları, jurnalları, qəzetləri ocaq qalamaq üçün yandırırlar. Kəndimizdə həmin proqram vasitəsilə məqalələr oxuyur, tərcümələr edirlər: “Hətta ChatGPT hesabına həmkəndlimiz 70 yaşlı çayçı Əlisəftər dayı əməlli-başlı şair, 65 yaşlı pensiyaçı mühasib Ağanisə xala ingilis, rus, fransız və digər xarici dillərdən məqalələr tərcümə edərək adlı-sanlı tərcüməçi, 60 yaşlı çoban siyasətdən, iqtisadiyyatdan və digər sahələrdən məqalələr yaza-yaza peşəkar jurnalist olub. İndi kəndimizdə “torbada pişik yoxdur”, hamı “torbasında ChatGPT gəzdirir”. Kəndimizdə “qarğa məndə qoz var” deyən yoxdur. Hamı deyir, “qarğa, məndə ChatGPT var”.
“Yuxarılar”a “xodu” olmadığını deyən Sultanəli məndən xahiş etdi ki, onun təklifini hökümətə çatdırım: “Onlara de ki, dövlət büdcəsini boşu-boşuna dağıtmasınlar. Azərbaycanda süni intellektin, ChatGPT-nin günbəgün populyarlıq qazanması, ondan istifadə edənlərin sayının saniyəbəsaniyə artması, həmçinin sözügedən proqramların müxtəlif çeşidli imkanları və potensial gücləri imkan verir ki, respublikamızda jurnalistlərin, qəzetlərin, saytların, ekspertlərin, mütəxəssislərin, şairlərin, yazıçıların, publisistlərin, tərcüməçilərin, siyasi şərhçilərin və digərlərinin saylarını minimuma endirək. Çünki əksər jurnalistlər məqalələrini, xəbərlərini süni intellektə, ChatGPT-yə yazdırır. Nəyə lazımdır bu proqramla “baslarını girləyən” jurnalistlər, onların saytları, qəzetləri, jurnalları. Onlara büdcədən ayrılan pullar heyifdir.
Süni intellekt, ChatGPT vasitəsilə xarici dillərdəki mətnləri tərcümə edənlərin, “tərcüməçi”lərin sayı günbəgün artır. Həmin proqramlarda ayrı-ayrı məsələlərlə, problemlərlə bağlı axtarış verib ordakı materilalları öz beyinlərinin məhsulu kimi ictimayətə sırıyan “ekspert”lərin, “mütəxəssis”lərin, “siyasi şərhçi”lərin sayı qarışqa ordusunun üzvlərinin sayından çoxdur. Belələrinə dövlət niyə havayı pul versin, axı?
Ona görə də süni intellektə, ChatGPT-yə əlçatanlığın asanlaşdırılması yolu ilə xərcləri minimallaşdırmaq, dövlət büdcəsini zənginləşdirmək olar. Sonucda ölkəmiz varlanacaq”.
Ürəyimdə dedim, vallah düz deyir, “dəli” Sultanəli haqlıdır.
“Dəlidən doğru xəbər” buna deyərlər…
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub