Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
26-08-2025 [11:12]
Əliş Şirinov,
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Energetika fakültəsinin magistrı
***
Metsamor Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqazda nüvə təhlükəsizliyi baxımından ən kritik təhdidlərdən biri hesab olunur.
Məqalənin başlığında 1976-cı ildə inşa edilən stansiyanın “radioaktiv saatlı bomba” kimi təqdim olunmasında səbəb, onun istismar müddətini çoxdan başa vurmuş qurğu və avadanlıqlar kompleksinin texnoloji prosesinin qəza riskinin həddindən artıq çox olması, seysmik aktiv zonada yerləşməsi və beynəlxalq standartlara uyğun olmamasıdır. Metsamor AES-in Ermənistanın enerji təminatında mühüm rolu olsa da, mümkün qəza nəticəsində yaranacaq radiasiya sızıntısı təkcə bu ölkəni deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və daha geniş regionu da ciddi ekoloji, sosial və iqtisadi fəsadlarla üz-üzə qoya bilər. Məqalə Metsamor AES-in texniki zəifliklərini, seysmik və ekoloji risklərini, həmçinin beynəlxalq reaksiyaları təhlil edir.
Cənubi Qafqaz regionu enerji və təhlükəsizlik məsələlərinin kəsişdiyi mühüm geosiyasi məkandır. Region dövlətləri – Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin, regionun cənub sərhədində yerləşən Türkiyə və İran, o cümlədən, şimal sərhədində isə Rusiya enerji təhlükəsizliyi, iqtisadi inkişaf və siyasi sabitlik məsələlərində bir-birindən fərqli, lakin bir-birinə təsir edən proseslərlə üz-üzə qalırlar. Bu mürəkkəb kontekstdə ən çox müzakirə olunan problemlərdən biri də Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) ekoloji çirkli və günü-gündən təhlükə doğuran fəaliyyəti ilə bağlıdır. Metsamor AES seysmik cəhətdən aktiv zonada, müasir təhlükəsizlik standartlarına cavab verməyən köhnəlmiş texnologiyalar əsasında inşa edildiyi üçün və istismar müddətini 10 il əvvəl başa vurmasına baxmayaraq ümumilikdə 50 ilə yaxın müddət ərzində istismar olunduğunu nəzərə alaraq beynəlxalq ekspertlər tərəfindən nüvə təhlükəsizliyi baxımından son dərəcə riskli obyekt hesab olunur.
Metsamor AES 1976-cı ildə sovet dövründə istismara verilmiş və Ermənistanın enerji tələbatının təxminən 40%-ni ödəmək məqsədilə 1980-ci ildə ikinci blok da quraşdırılaraq stansiyanın ümumi gücü 880 MVt-a çatdırılmışdır.
1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra bu proses dayandırılıb. WWER - 440/230 tipli 2 yunitardan ibarət olan stansiya 1988-ci ildə Spitakda baş vermiş zəlzələ ilə əlaqədar olaraq fəaliyyətini tamamilə dayandırmış, lakin, 1993-cü ildə Ermənistanın üzləşdiyi ciddi enerji böhranına görə fəaliyyətini bərpa etmək barədə qərar qəbul edərək, 1995-ci ildə 2-ci enerji blokunun işə salınmasına nail olmuşdur. AES dayandırıldığı dövrdə 1 nömrəli blokda buxar generatorlarının korpuslarında 2 yerdə diametri 1 metr olan kəsik tədqiqat aparmaq üçün götürülmüş və bunun nəticəsi olaraq 1 nömrəli blok təhlükəli, hətta istifadəyə yararsız hala düşmüşdür. Buxar generatorlarının bu halda bərpası çox çətin, əvəzlənməsi isə çox bahalıdır.
Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA), Avropa İttifaqı və bir sıra aparıcı dövlətlər, o cümlədən, beynəlxalq təşkilatlar dəfələrlə stansiyanın bağlanması və əvəzlənməsi ilə bağlı çağırışlar etmişdir. Buna baxmayaraq, Ermənistan hökuməti enerji asılılığını azaltmaq məqsədilə stansiyanın fəaliyyətini uzatmaqda davam edir. Bu isə regionun təhlükəsizlik mühitinə ciddi təhdid yaradır.
Nüvə təhlükəsizliyi sahəsində dünya təcrübəsi göstərir ki, bu tip stansiyalarda baş verə biləcək qəza yalnız bir ölkənin problemi ilə məhdudlaşmır. 1986-cı ildə Ukraynada Çernobıl AES-də baş verən qəza yüz minlərlə insanın həyatına, sağlamlığına və ətraf mühitə bərpası mümkün olmayan ziyan vurmuşdur. Oxşar şəkildə, 2011-ci ildə Yaponiyanın Fukuşima AES-də yaşanan hadisə də nüvə texnologiyalarının nə dərəcədə riskli olduğunu bir daha sübut etmişdir. Bu nümunələr göstərir ki, nüvə təhlükəsizliyi məsələsi regional deyil, qlobal xarakter daşıyır. Metsamor AES-in fəaliyyəti də yalnız Ermənistanı deyil, bütün Cənubi Qafqazı, hətta Yaxın Şərq və Qara dəniz hövzəsi ölkələrini də potensial risk altında saxlayır. Bu stansiyanın yerləşmə yerini nəzərdən keçirsək görərik ki, tikili İrəvandan 36 km cənubda Metsamor şəhəri yaxınlığında qurulub. Bu isə Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən 75 km məsafə deməkdir.
Metsamor AES-in ən təhlükəli xüsusiyyətlərindən biri onun yerləşdiyi coğrafi məkandır.
Ermənistan seysmik baxımdan olduqca aktiv zonada yerləşir və güclü zəlzələlərin tarixi faktları mövcuddur. 1988-ci ildə baş verən Spitak zəlzələsi nəticəsində on minlərlə insan həlak olmuş, şəhərlər və kəndlər dağılmışdır. Bu, bölgədə seysmik risklərin real olduğunu göstərən ən bariz nümunədir. Metsamor kimi köhnə texnologiya ilə işləyən nüvə stansiyasının belə bir zonada yerləşməsi isə təsadüfən deyil və dünya miqyasında ciddi strateji səhv kimi qiymətləndirilir.
Digər tərəfdən, Metsamor AES-in istismar müddətinin çoxdan bitməsi və texniki baxımdan müasir standartlardan geri qalması onun təhlükəsizlik səviyyəsini daha da aşağı salır. Hal-hazırda dünyada bu tip reaktorların böyük əksəriyyəti ya bağlanmış, ya da daha müasir texnologiyalarla əvəz olunmuşdur. Ermənistan isə iqtisadi və siyasi səbəblərə görə stansiyanın fəaliyyətini uzatmaqdadır. Bu isə daxili enerji balansını qorumaq məqsədi daşısa da, nəticədə bütün region üçün ekoloji fəlakət qaynağı olmaqda qalır.
Mümkün nüvə qəzasının nəticələri çoxşaxəlidir. İlk növbədə radiasiya sızıntısı kənd təsərrüfatı torpaqlarını, içməli su hövzələrini və havanı çirkləndirərək insanların sağlamlığına uzunmüddətli ziyan vura bilər. Radiasiyanın təsiri ilə xərçəng, genetik xəstəliklər və doğum qüsurları kimi ciddi sağlamlıq problemləri yarana bilər. İkinci tərəfdən, belə bir qəza regionun iqtisadi inkişafına böyük zərbə vuracaq, əhali arasında kütləvi köçlərə və sosial xaosa səbəb olacaqdır. Nəhayət, Metsamor AES-in yaratdığı risklər siyasi baxımdan da təhlükəli ola bilər. Region dövlətləri arasında gərginliyi artıraraq beynəlxalq münasibətlərin yeni böhranlarla üz-üzə qalmasına yol aça bilər.
Eksperimental aspektdən yanaşaraq Metsamor AES-in davamlı fəaliyyəti halında üç mümkün ssenari ilə tanış olaq:
1. Optimist ssenari – AES-də qəza baş vermir, lakin standartlara cavab verməyən, köhnəlmiş texnologiya səbəbindən daimi təhlükə qalır;
2. Realist ssenari – güclü seysmik hadisə nəticəsində lokal qəza baş verir və Ermənistanla yanaşı, qonşu ölkələrin sərhədyanı bölgələri də təsirlənir;
3. Pessimist ssenari – istismar müddəti başa çatmış qurğu və avadanlıqlar kompleksinin texnoloji prosesinin pozulması, habelə, daxili təhlükəsizlik qüsurları nəticəsində böyük qəza baş verərək Çernobıl tipli ekoloji və humanitar fəlakətə səbəb olur.
Metsamor AES-in partlaması nəticəsində realist və pessimist ssenarilər üzrə baza müqayisələri və təxmini maliyyə ziyanı hesablamalarının təhlilini nəzərdən keçirək:
I. Baza müqayisələr
Oxşar AES-lərdə baş vermiş nüvə qəzası nümunələrini araşdıraq:
• Çernobıl (1986)
- Dəyən ziyan: təxminən 235 milyard ABŞ dolları (Dünya Bankı, 2006).
- 200 000 nəfər daimi köçürüldü, yüzlərlə yaşayış məntəqəsi yararsız hala qaldı.
• Fukuşima (2011)
- Rəsmi hesablamalara görə ziyan: 186–200 milyard ABŞ dolları.
- 150 000-dən çox insan köçürüldü.
Metsamor AES həm köhnə RBMK tipli Çernobıl reaktoruna yaxın texnologiyaya, həm də çox yüksək seysmik zonada yerləşməsinə görə risk baxımından daha kritikdir. Təxmini hesablamalara görə qəza nəticəsində dəyə biləcək ziyanı minimal olaraq 190 milyard ABŞ dolları həcmində qiymətləndirmək olar.
II. Təxmini maliyyə ziyanı
• Ermənistan daxilində:
- Münbit torpaqların çirklənməsi → kənd təsərrüfatına illik 10–12 milyard ABŞ dolları ziyan.
- Əhalinin köçürülməsi və sosial xərclər → 40–45 milyard ABŞ dolları.
- Enerji sisteminin dağılması, elektrik enerjisi böhranı → 20–25 milyard ABŞ dolları.
• Regional təsirlər:
- Azərbaycan, Türkiyə, Gürcüstan torpaqlarına radioaktiv çöküntü → kənd təsərrüfatı, turizm və xidmət sahələrinə ümumilikdə 60–70 milyard ABŞ dolları ziyan.
- Xəzər hövzəsində (balıqçılıq və hidrosfer, ekosistem) çirklənmə ehtimalı → 15–20 milyard ABŞ dolları.
• Beynəlxalq təsirlər:
- Qaçqın axını və humanitar böhran → 10–15 milyard ABŞ dolları beynəlxalq yardım xərci.
- Ermənistanın ÜDM-i təxminən 27 milyard ABŞ dollarıdır → belə bir qəza ölkənin iqtisadiyyatını tam çökdürər ki, bu da beynəlxalq təşkilatların, eləcə də böyük güc mərkəzi olan dövlətlərin bu ölkəyə məcbur iqtisadi yardımları, həmçinin, siyasi təsir mexanizmləri ilə prosesə müdaxiləsi ilə nəticələnə bilər.
Eksperimental analizlər göstərir ki, Metsamor AES-in region üçün yaratdığı risklər təkcə nəzəri deyil, həm də real potensiala malikdir. Bu risklərin azaldılması yalnız Ermənistanın daxili siyasəti ilə məhdudlaşmır, həm də regional əməkdaşlıq, beynəlxalq nəzarət mexanizmləri və alternativ enerji mənbələrinin inkişafı ilə bağlıdır.
Metsamor AES-in fəaliyyəti yalnız Ermənistanın enerji balansı məsələsi deyil, bütün Cənubi Qafqazın təhlükəsizlik və ekoloji sabitlik məsələsidir. Qəza ehtimalı yalnız bu ölkənin daxilində deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və daha geniş coğrafiyada uzunmüddətli fəlakətli nəticələrə səbəb ola bilər. Onun yaratdığı risklər regional və qlobal miqyasda ciddi rezonans yaratmaq gücünə malikdir. Çernobıl və Fukuşima hadisələri göstərir ki, nüvə qəzası sərhəd tanımır və onilliklər boyu davam edən ekoloji və humanitar böhran yaradır. Buna görə də, Metsamor problemi beynəlxalq gündəmdə saxlanılmalı, regional əməkdaşlıq və alternativ enerji strategiyaları ilə həll olunmalıdır. Əks halda, Cənubi Qafqaz “radioaktiv saatlı bomba” üzərində yaşamğa davam edəcəkdir.
MİA.AZ
"Samsunspor" hesabı qoruya bilməyib - 2 qol, 2 qırmızı kart...
Türkiyədə həbsxana maşını qəza törədib - 23 yaralı var
Hindistanda GPS saxtakarlığı... - Bəzi uçuşlar təxirə salıındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Yekaterinburqda azərbaycanlı iş adamı saxlanılıb
Ukraynanın vurduğu Rusiya gəmiisi İstanbula çəkildi - FOTO
Prezidentdən əfv istəyən Netanyahu hakim qarşısına çıxdı - Prokurorla baş nazir iclasda mübahisə edib
Ruben Vardanyanın məhkəməsi: zərərçəkənlərin ifadələr dinlənilib
Bu gün Türkiyədə derbidir: "Fənərbağça, yoxsa "Qalatasaray"? - "Qara bazar"da biletin qiyməti 4 min manatı ötüb
Sabunçuda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb - İki qurum açıqlama yaydı
Heydər Əliyev Fondu "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə"nin tərəfdaşı olub
Bakıda Yeni İl yarmarkasına da xüsusi hazırlıq görülür
AXCP ləğv olunacaq? - Milli Məclisin komitə sədri bunu mümkün sayır
“Qurd dərəsi” “İtlər vadisi”nə çevrilib - İcra Hakimiyyətindən şikayətə reaksiya (YENİLƏNİB)
"Ramiz Mehdiyev faktoru..." - Siyavuş Novruzovdan açıqlamalar
Ən çox qol vuran futbolçular... - Peşəkar Futbol Liqası siyahı yaydı
Əli Əsədov yeni qərar imzalayıb
ƏƏSM pensiya təyinatına dəyişikliyə izah verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində..." - Əli İnsanovdan açıqlamalar
Ramiz Mehdiyevin Şabrandakı villası - Sabiq deputat "makler" adıyla girdi və... (VİDEO)
Daha 33 maşın hərraca çıxarılıb
Cenk Tosundan boşanma xəbərinə reaksiya: "Yalandır..." - FOTO
Prezident İlham Əliyev Fərman imzalayıb
NAZİR MÜAVİNİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Ramiz Mehdiyevin oğlu haqda sərəncam imzalandı
"Azercell Telecom"dan qış kampaniyası!
Özəl bağçalara elektron portal üzərindən qeydiyyat başlayıb
Laçın – enerji və mədəniyyətin birləşdiyi geosiyasi məkan
Bakıda beynəlxalq konfrans keçiriləcək - Bu tarixdə
AXCP sədri Əli Kərimli və Məmməd İbrahimə ittiham elan olunub - Məhkəmə həbs qərarı verdi (YENİLƏNİB)
“Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir
"O paltarı daha geyinmərəm" - Günay İbrahimli
Türkiyədə İŞİD-ə qarşı daha bir əməliyyat: 3 suriyalı qandallandı
AFFA rəsmiləri beynəlxalq konfransa qatılıblar
Naxçıvanda daha bir nazir vəzifədən azad edildi - Nazir postu kimə həvalə olundu? (YENİLƏNİB)
Vilayət Eyvazov Gəncədə 384 vətəndaşı qəbul edib, rəislərə taşırıq verib - Polis olmaq istəyən 382 nəfər isə... (VİDEO)
İsrail ordusu Tubas və Aqaba şəhərlərin yeni əməliyyata başlayıb
"Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
AAYDA-ya 2 milyon manatı ayrıldı - Sərəncam
Mərkəzi Bankda kadr dəyişikliyi olub
Rəqsanə konsertə hazırlaşır - Vəkil ev dustaqlığında olan müğənninin necə konsert vercəyini izah edir
Xəzər dənizidə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb