AzTV-nin həyətində söküntü başlayıb - Radionun beşmərtəbəli binasının yerində yeni bina tikiləcək

img

27-08-2025 [00:25]


AzTV-nin tabeliyində olan "Azərbaycan radiosu"nun yerləşdiyi tarixi bina sökülür.

Mia.az xəbər verir ki, yeni layihəyə əsasən, radionun yerləşdiyi binanın yerində AzTV üçün yeni texnoloji avadanlıqlarla təchiz ediləcək müasir bina bina tikiləcək.

Məlumata görə, radionun kollektivi müvəqqəti olaraq digər binaya yerləşdirilib.

Xatırladaq ki, ölkəmizdə ilk radio olan Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlayıb. Məhz bu tarixdə Bakının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb.

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR