"Beşiktaş"ın yeni transferi İstanbula gəlib

img

27-08-2025 [00:02]


"Beşiktaş"ın transfer danışıqları apardığı portuqaliyalı futbolçu Tiaqo Djalo İstanbula gəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Təcrübəli futbolçununu hava limanında ağ-qara klubun vitse-prezidenti Hakan Daltaban və klub rəsmiləri qarşılayıb.

Tiaqo Djalo jurnalistlərə açıqlama verib.

O, deyib: "Bura gəldiyim üçün çox xoşbəxtəm. Azarkeşlər rahat olsunlar, mən əlimdən gələni edəcəyəm."

Bildirilib ki, oyunçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR