"Fənərbağça" "İnter"ə "yox" dedi - 17 milyonluq təklif geri çevrildi

img

27-08-2025 [00:06]


İtaliya A seriyasının "İnter" klubu "Fənərbağça"nın gənc ulduzu Yusuf Akçiçekə "elçi" düşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliya nəhəngi "Fənərbağça"nın gənc ulduzu üçün 17 milyon avro təklif verib.

Məlumata görə, İstanbul klubu bu təklifə "yox" deyib: ""Fənərbağça" klubunun transfer komitəsindən bildirilib ki, 20 milyon avrodan aşağı təkliflər dəyərləndirilməyəcək".

Xatırladaq ki, 19 yaşlı Yusuf Akçiçek ötən mövsüm “Fənərbağça”nın heyətində 20 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fərid Əhmədov

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR