Ağdam sakini 58 kq narkotiklə tutulub

img

22-08-2025 [10:31]


Ağdam sakini 58 kq narkotiklə tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, əməliyyatla Ağdam rayon sakini, 32 yaşlı Pərvin Məhərrəmzadə saxlanılıb.

Arşadırma zamanı onun rayonun Çolaqlı kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin yerə baxış keçirilərkən çəkisi 50 kiloqram olan 33 ədəd çətənə kolu və  satış məqsədilə orada saxladığı 8 kiloqram marixuana aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və xüsusi qulluq göstərdiyini bildirib.

Məhkəmənin qərarı ilə P.Məhərrəmzadə barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA