32 yaşlı ər 34 yaşlı arvadını öldürdü - Lənkəranda

img

24-08-2025 [15:56]


Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib.

Mia.az ” “Report”a istinadən xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə şübhəli bilinən qadının 32 yaşlı əri Nicat Lələzadə polisə gedərək könüllü təslim olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR