Prezident İlham Əliyev şirkət rəhbərini qəbul edib - FOTO
19-08-2025 [11:38]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib.
Mia.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Cared Kohenin bu ilin yanvarında Davosda görüşü məmnunluqla xatırlanıb.
Ölkə ilə “The Goldman Sachs Group Inc.” şirkəti arasında 2010-cu ildən səmərəli əməkdaşlığın qurulduğu qeyd edilərək Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu şirkətlə uğurlu tərəfdaşlığından məmnunluq bildirilib.
Görüşdə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması baxımından əldə olunmuş nailiyyətlərin önəminə toxunulub və bu nəticələrin regionun hərtərəfli inkişafı üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Söhbət zamanı Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “The Goldman Sachs Group Inc.” 1869-cu ildə təsis edilib. İnvestisiya və istehlak bankçılığı, qiymətli kağızlar, aktivlərin idarə edilməsi sahələrində xidmətlər təqdim edən aparıcı qlobal maliyyə institutu hazırda 40-dan çox ölkədə fəaliyyət göstərir. Mənzil-qərargahı Nyu-York şəhərində yerləşən şirkət 2,8 trilyon ABŞ dolları dəyərində aktivləri idarə edir.
Rəqsanənin vəkili: "Həmin şəxslərin adını açıqlamaq istəmirəm”
Bakıda TV rəhbəri həbs edildi - Mətbuat katibinin şikayəti əsasında
Bakıda su problemi - STM sorğunun nəticəlıərini açıqladı
Güclü külək olacaq - Xəbərdarlıq
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
İrandan Azərbaycana 40 kq narkotik keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
Qəzzada daha 24 fələstinli həlak olub - 5-i uşaqdır
Saatlıda maşın kanala düşüb, bir nəfər xəsarət alıb
Un neçəyədir? - Topdansatış qiymətlər
Prezident İlham Əliyev şirkət rəhbərini qəbul edib - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-də qalmaqal: tender anlaşması niyə pozulub? - Şikayət var
Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır
"Bunun baş verməsi üçün ABŞ-ın təzyiqinə ehtiyac var" - Zelenski
Rəsmi Moskva: "Putin və Tramp arasında 40 dəqiqəlik konstruktiv telefon danışığı olub"
ABŞ-da atışma: 1 ölü, 3 yaralı var
Məşhur aktyorun məzarüstü abidəsi 5 aydır düzəlməyib - "Təkcə Rasim Balayev məzar daşı üçün 700 manat köməklik etdi, dedi ki..."
Dövlət Komitəsi: "Bu, qəbuledilməzdir"
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü
"Əgər ölkədə minimum əməkhaqqı 400 manat civarındadırsa..." - Deputat və ekspertdən təhsil haqlarının artırılmasına reaksiyalar
Xocavənddə yanğın törədən şəxslər saxlanılıb
“Misli” futbolumuza nə verib, nə alır? - Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü"
Beyləqanda əməliyyat: 36 yaşlı şəxs saxlanılıb
Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstanda gücünü sınayacaq
Azərbaycan nefti ucuzlaşdı
İranda su qıtlığı problemi böyüyür - Bəzi barajlar quruyub, bəziləri isə qurumaq üzrədir (SİYAHI)
“Kənd sağlamlıq günləri” İmişli rayonunda - FOTO
“Qarışqadan fil qayıranlar”, yaxud, öyün yıxılsın, ay ChatGPT… - Təbriz VƏFALI YAZIR
"Trabzonspor" 19 yaşlı yarımmüdafiəçini "radar"a alıb
Tramp Zelenski, NATO və Avropa liderləri ilə bir arada: "Biz yaxın gələcəkdə sülhə nail ola bilərik" - Açıqlamalar + FOTOLAR (Yenilənib)
İsrail ordusu mədəniyyət nazirini sərbəst buraxıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
TRAMP ZELENSKİNİ BELƏ QARŞILADI: "Rusiyanı dayandırmağımız lazımdır" - Savaş bitirmi? (VİDEO, FOTOLAR)
Tərtərdə zəlzələ olub
Şabranda Qulu Ağsəsə həsr olunmuş poeziya axşamı keçirilib
Bağça müdiri vəzifəsinə sənəd qəbulu başlayıb
Şəhidlər Xiyabanında əxlaqsızlıq edən əcnəbilər həbs edildi - Məhkəmə qərar verdi + VİDEO, FOTOLAR (YENİLƏNİB)
İsrail səfiri Fəxri və Şəhidlər xiyabanlarında: "Bu ortaq dəyərlərin güclü bir təcəssümüdür" - FOTOLAR
Hindistanda göyərçinlərin bəslənməsi qadağan olundu
Onların general rütbələri təqdim edildi - FOTO
Bakıda bu yollar 10 gün müddətinə bağlandı - SİYAHI
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
Rezidenturaya qəbulun nəticələri açıqlandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı