"Azərbaycan Dəmir Yolları" QSC-də qalmaqal: tender anlaşması niyə pozulub? - Şikayət var
19-08-2025 [11:29]
“Azərbaycan Dəmir Yolları” QSC malların alınması, xidmət göstərilməsi barədə müqavilə bağladığı şirkətin pulunu ödəməməkdə ittiham olunur. “Oil Supply” MMC bu qurumu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, şirkətə ziyan vurmaqda günahlandırır.
Mia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, “Oil Supply” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC arasında 5 iyul 2022-ci ildə “traverslərin və polietilen kəmərlərin satın alınması” barədə müqavilə imzalanıb.
Müqavilənin qiyməti 89 min manatdan bir qədər artıq olub. Bunun da təxminən 75,5 min manatını malların dəyəri, qalanını isə ƏDV və başqa xərclər təşkil edib.
Şirkət yükqaldırma qabiliyyəti 60 ton olan 3 ədəd və yükqaldırma qabiliyyəti 80 ton olan 2 ədəd traversləri ADY-yə təhvil verib. Lakin bir müddət sonra ADY malları geri qaytararaq, pullarını ödəməkdən imtina edib. Səbəbini də şirkətə məktub göndərərək belə izah edib ki, yükgötürmə qabiliyyəti 80 ton olan travers çəkisi 76 ton olan taran tipli qartəmizləyən texnikanın qaldırılması zamanı yük tarım vəziyyətə gətirilərkən travers əyilərək deformasiyaya uğrayıb.
Şirkət təmsilçiləri bildirir ki, mallar qaytarılandan sonra geri alınmış traverslərin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün onları bu sahədə ixtisaslaşmış, müvafiq lisenziyaya sahib olan “ATR Caspian” şirkətinə göndəriblər. Bunun üçün şirkətlə müqavilə bağlayıblar. 1 ədəd 60 tonluq və 1 ədəd 80 tonluq olmaqla, 2 traversin yükqaldırma qabiliyyətinin yoxlanılması üçün sınaq keçirilib:
“60 tonluq traversin sınağı zamanı bu travers ilə 68.5 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 8.5 ton artıq yükü qaldırmaq mümkün olub. 80 tonluq traversin sınağı zamanı isə bu travers ilə 91.1 tona qədər, yəni nəzərdə tutulan maksimum qaldırma həddindən 11.1 ton artıq yükü qaldırmaq mümkün olub. Beləliklə, bu malların qüsurlu mal kimi geri qaytarılması yolverilməzdir”.
ADY-nin sınağı zamanı baş verənlərə gəlincə, şirkət bəyan edib ki, istismarçı yükü qaldırarkən “stop” kəmərlərin fiksasiyasını lazımi şəkildə həyata keçirməyib. Bu da yükün ani surətdə oynamasına, birtərəfli qaydada ağırlaşmasına səbəb olub: “Belə olan halda, qartəmizləyicinin 80 tonluq tam ağırlığı traversin üzərində bərabər paylanmaq əvəzinə, bütün yük traversin bir tərəfinə düşüb. Nəticədə traversin bir tərəfi normadan 100 faiz artıq yüklənib. Bu səbəbdən deformasiya baş verib”.
Şirkət sınaq mallar geri qaytarılandan sonra əlavə sınaqların keçirilməsi və malların yararlı olması haqda rəy alınması üçün 7080 manat (6000 manat+18 faiz ƏDV) pul xərcləməli olub. Bu səbəbdən də şirkət “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı məhkəmədə iddia qaldıraraq, həm malların pulunu, həm də sınaq üçün çəkdiyi xərci tələb edib.
Şirkətin ADY-yə qarşı daha bir şikayəti isə “Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilə ilə bağlıdır. İddia olunur ki, bu müqavilə üzrə də “Azərbaycan Dəmir Yolları”nın rəhbərliyi bu müqavilə üzrə də öhdəliyə əməl etməyib. Buna görə də 45 min 323 manat tələb edir.
“Vaqonların qumlanması və rənglənməsi işlərinin satın alınmasına dair” müqavilənin qiyməti bütün vergi və digər xərclər daxil olmaqla 216 min 648 manat təşkil edib.
Müqaviləyə görə, 90 vaqona bu xidmətlər göstərilməliymiş: “Tender zamanı qiymətləndirmə aparılarkən məhz 90 vaqona xidmətlərin göstəriləcəyini nəzərə alaraq qiymət təklifi hazırlamışıq. Şirkətdaxili hesablamaya görə, gəlir əldə etmək üçün ən azı, 55 vaqona xidmət göstərmək vacib idi. Lakin biz cəmi 6 vaqona xidmət göstərə bildik. Bunlardan da cəmi 4 vaqonu təkrar işləmələrlə, Dəmir Yolunun təqsiri üzündən zaman itkisi ilə nəhayət ki, yekunlaşdırdıq. Belə vəziyyətin yaranmasının əsas səbəbi onların öz öhdəliklərini yerinə yetirməməsidir. Müqaviləyə əsasən, vaqonlara xidmətlərin göstərilməsi üçün astar, boya, həlledici maddə, sərtləşdirici maddə, skoç, qoruyucu kağızlar, cilalayıcı kağızlar kimi materialları “Azərbaycan Dəmir Yolları” təqdim etməli idi.
Əfsuslar olsun ki, onların təqdim etdiyi astar, boya, kimyəvi məhlulların hamısının istifadə müddəti bitmişdi. Dəfələrlə bu barədə iradlar bildirilib, “e-mail”lər göndərilib. Ən yaxşı halda, 6 il istifadə müddəti bitmiş astar əvəzinə 1 il istifadə müddəti bitmiş material təqdim edirdilər. Qumlama işini başa çatdırıb, astarın gecikməsi səbəbindən astar vura bilmədiyimizə görə metal yenidən pas atmağa başlayırdı. Bu da əlavə qumlama tələb edirdi. Bir neçə vaqon dəfələrlə qumlanırdı. Bir neçə dəfə də astarlanırdı. Bundan başqa, “Azərbaycan Dəmir Yolları”nın bizə təqdim etdiyi bir neçə vaqon çürük, deşik olduğuna görə onlar üzərində iş aparmaq ümumiyyətlə mümkün deyildi. Çünki bu vaqonlar qumlamadan öncə suvaq olunmalı idi. Bu iş müqavilədən kənar məsələ olduğu üçün məsələ bir neçə ay yenə də gecikirdi. Bəzən işlərin gecikməsi çox kiçik səbəblərə görə baş verirdi. Məsələn, cilalayıcı kağızların, skoçların verilməməsinə görə. Keyfiyyətsiz astar, tiner, boyalar səbəbilə işləri çox böyük gecikmələrlə başa çatdırıb noyabrın sonuna nəhayət ki, 4 vaqonu təhvil vermə mərhələsinə çatdırdıq. Lakin təhvil öncəsi bir neçə vaqonun ya astarı tökülür, ya da boyasında problemlər müşahisə olunmağa başlayırdı. Bu səbəblə yenidən eyni vaqonları təkrar işləməli olurduq. Bizdən asılı olmayan səbəblərə görə - qarşı tərəfin təqsiri üzündən xidmətlərin göstərilməsi bu qədər uzandığına görə xərclərimiz dayanmadan artırdı. Bu şəraitdə işlərə davam etmək həm vaxt itkisi, həm də əlavə xərclərin artmağı deməkdir. Dəfələrlə “Azərbaycan Dəmir Yolları”nın deposuna müraciət etsək də, bizə işləmək üçün keyfiyyətli materiallar təqdim olunmur”.
Şirkət vaxtı keçmiş materialların şəkillərini də məhkəməyə təqdim edib.
“Azərbaycan Dəmir Yolları” QSC isə bu iddiaların heç biri ilə razılaşmır. Bu qurumun təmsilçisi bildirib ki, şirkət özü öhdəliyə əməl etməyib - xidmətləri tələb olunan qaydada göstərə bilməyib. Faktiki göstərdiyi işin xidmət haqqı isə ödənilib.
Traverslər və polietilen kəmərlərlə bağlı müqaviləyə gəlincə, ADY vurğulayıb ki, mallar təhvil alınandan sonra sınağı keçiriləndə travers əyilib və istifadəyə yarasız olub. Bundan sonra malların qəbulundan imtina olunub: “Şirkət 2023-cü ildə məhkəməyə müraciət etmişdi. Məhkəmə o zaman qərara gəldi ki, yerində müayinə aparılsın. Müayinə zamanı traverslər yararlı çıxdığı halda, ADY müqavilə üzrə bütün ödənişləri, həmçinin qarşı tərəfin ekspert kimi cəlb etdiyi şirkətin xidmət haqqını tam ödəməyi üzərinə götürmüşdü. Məhkəmənin iştirakı ilə Biləcəri stansiyasında yerində müayinə aparıldı. Traversi bağlayıb lokomotivi yüxarı qaldırmağa hazırlaşanda ekspert yükü qaldırmağa icazə vermədi. Bildirdi ki, qaldırmayın, travers əyiləcək. Bununla yerində müayinə yekunlaşdı. Növbəti gün şirkət ərizə ilə müraciət etdi ki, traverslərin istehsalçısı Rusiya zavodudur, onlarla danışıqlar müəyyən vaxt apardığından kommersiya mübahisələrini məhkəmədən kənar həll etmək qərarına gəliblər. Ona görə iddia ərizəsini geri götürdü. Müqavilənin bağlanıldığı tarixdən 1 ildən artıq müddət keçmişdi, ADY şirkətin illərlə zavodla danışıqlar aparmasını gözləyə bilməzdi. Ona görə traverslə bağlı tələbatını digər mənbədən təmin etdi”.
Məhkəmə ADY ilə mübahisədə şirkəti haqlı sayıb. Şirkətin traverslər və polietilen kəmərlərlə bağlı 93 min 225 manatlıq iddiası (malların pulu, sınaq üçün çəkilmiş xərc və s.) təmin olunub. Şirkətin iddiası qalan hissədə isə rədd edilib.
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançıdan deputat Ülvi Quliyev şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
Suriyada yenidən döyüş başlayıb - Kürd silahlılarının snayperçiləri dronlarla zərərsizləşdirilir
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq