"Məncə, "Qalatasaray" bu templə çempionluğa erkən yetişəcək" - Yılmaz Vural

img

19-08-2025 [00:04]


Təcrübəli məşqçi Yılmaz Vural maraqlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Fənərbağça"nın "Trabzonspor"un qapıçısı ilə gizli danışıq apardığını iddia edib.

Yılmaz Vural bildirib ki, İstanbul klubu artıq Uğurcan Çakırın transferini bitirmək üzrədir: "Qulağıma belə informasiya gəlib".

Vural iki turdan sonra "Qalatasaray"ın hazırda rəqiblərindənçox öndə olduğunu deyib: "Məncə, "Qalatasaray" bu templə çempionluğa erkən yetişəcək".

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR