Bakıda su problemi - STM sorğunun nəticəlıərini açıqladı
19-08-2025 [13:33]
Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakı şəhərində su təchizatının vəziyyəti, fasiləsizliyi və keyfiyyəti ilə bağlı əhalinin fikirlərini öyrənmək, mövcud problemləri müəyyənləşdirmək məqsədilə rəy sorğusu keçirib.
Mia.az xəbər verir ki, bu barədə STM məlumat yayıb.
Bildirilib ki, Mərkəzin keçirdiyi sorğuda Bakı şəhərinin bütün inzibati rayonları əhatə edilib. Sorğu iştirakçılarının 41.9 %-i şəhərdə, 53.1 %-i qəsəbədə və 5 %-i kənddə məskunlaşdığını qeyd edib. Həmçinin sorğunun nəticələrinə əsasən, sakinlərin 45.6 %-i bina evində (o cümlədən, 11.5 %-i yeni tikili, 34.1 %-i köhnə tikili), 54.4 %-i həyət evində yaşayır.
Sorğular 30 iyul-4 avqustda 390 ev təsərrüfatı arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
Məluamat əsasən, sorğuda iştirak edənlərin 56 %-i yaşadığı evə (mənzilə) suyun gündəlik olaraq daimi rejimdə verildiyini bildirib. Bu göstərici həyət evlərində yaşayanlar üzrə 50.7 %-ə, yeni tikili bina evində yaşayanlar üzrə 83.7 %-ə, köhnə tikili bina evində yaşayanlar üzrə 55.7 %-ə bərabərdir.
Respondentlərin 39.3 %-i suyun fasiləli olaraq, yəni müəyyən qrafiklə verildiyini bildirib. 4.7 % ümumiyyətlə evinə su verilmədiyini bildirib. Suyu fasiləli rejimdə alanların 27 %-i suyun gündəlik olaraq 3 saata qədər, 43.1 %-i 3 saatdan 6 saata qədər, 29.9 %-i 6 saatdan çox verildiyini bildirib. Suyun ümumiyyətlə verilmədiyini bildirənlər, eləcə də həyət evlərində yaşayan və suyu fasilə ilə verilənlərin əhəmiyyətli hissəsi bu tələbatlarını su maşınları vasitəsilə ödəyir.
Ümumi sorğu iştirakçılarının 62.8 %-i suyun verilmə təzyiqindən razı olduğunu, 36.3 %-i razı olmadığını bildirib.
Həyət evində yaşayanların 57.2 %-i suyun verilmə təzyiqinin yetərli olduğunu, 42.4 %-i yetərli olmadığını bildirib. Yeni tikili bina evində məskunlaşanların 78.6 %-i suyun təzyiqindən razı olduğunu, 16.7 %-i razı olmadığını bildirib. Köhnə tikili bina evində yaşayanların 66.5 %-i suyun verilmə təzyiqinin onları qane etdiyini, 33 %-i qane etmədiyini bildirib. Qəsəbələrdə məskunlaşanların suyun verilmə təzyiqindən məmnunluq səviyyəsi şəhər sakinləri ilə müqayisədə aşağıdır.
Su təchizatındakı fasilələr səbəbindən, sakinlərin 52.1 %-i su tədarükü məqsədilə fərdi su çənindən və ya hovuzlardan, eləcə də 38.8 %-i fərdi su nasoslarından istifadə edir. Fərdi nasoslardan istifadə səviyyəsi həyət evləri üzrə 63.1 %, yeni tikili bina evləri üzrə 19 %, köhnə tikili bina evləri üzrə 23.3 %-dir.
Bina evində məskunlaşanların 33.3 %-i yaşadığı binanın zirzəmisinə tullantı və kanalizasiya suları yığıldığını bildirib. Onların 60.9 %-i yaşadıqları binanın zirzəmisində kanalizasiya və tullantı sularının olmadığını qeyd edib, 5.8 % bu barədə məlumatsız olduğunu bildirib. Sorğunun nəticələrinə əsasən, binanın zirzəmisinə tullantı və kanalizasiya sularının yığılması hallarının qeyd olunması köhnə tikili binalar üzrə 38.9 %-ə, yeni tikili binalar üzrə 16.3%-ə bərabər olub. Köhnə tikili bina sakini olan respondentlərin 45.8 %-i binanın su xətlərinin yeni olduğunu, 54.2 %-i köhnə xətlər olduğunu bildirib.
Sorğunun nəticələrinə əsasən, paytaxt sakinlərinin 46.4 %-i suyun keyfiyyətindən razı, 48.2 %-i narazıdır. Respondentlərin 5.4 %-i bu barədə rəy bildirməkdə çətinlik çəkib. Həyət evində yaşayanlar arasında suyun keyfiyyətindən razılıq səviyyəsi (razılıq - 55.5%) bina evində yaşayanlarla (razılıq - 35.6 %) müqayisədə yüksəkdir.
Respondentlərin 35.4 %-i içmək məqsədilə birbaşa kran suyundan, 34.9 %-i qablaşdırılmış sudan, 26.3 %-i isə filtrlənmiş kran suyundan, 3.4 %-i digər mənbələrdən istifadə etdiyini bildirib.
Paytaxt sakinlərinin 67.5 %-i istifadə etdiyin suyun mənbəyi barədə məlumatsızdır. Respondentlərin 19.5 %-i yaşadığı evə (mənzilə) suyun Ceyranbatan su anbarından, 7.3 %-i Oğuz-Qəbələ-Bakı su kəmərindən, 4.4 %-i Kür çayından, 1.3 %-i Şollar-Bakı kəmərindən gəldiyini bildirib. Respondentlərin 7.6 %-i sudan istifadəsi zamanı sui-istifadə halları (suyun məqsədsiz yerə axıdılması, qanunsuz su bağlantısı və s.) ilə tez-tez qarşılaşdığını, 20.1 %-i ara-sıra qarşılaşdığını bildirib. Onların 70.6 %-i bu kimi hallarla qarşılaşmadığını bildirib, 1.8 %-i bu barədə rəy bildirməyib.
Sorğu iştirakçılarının 87.2 %-i gündəlik işlərində suya daim qənaət etdiyini, 10.7 %-i bəzən qənaət etdiyini bildirib. 2.1 %-i ümumiyyətlə buna diqqət etmədiyini qeyd edib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rübəsi veriləcək - Yeni qanun
Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs həbs olunub
Bakıda 3 nəfər 27 kq narkotiklə tutulub
İRAN PULU DƏYƏRDƏN DÜŞDÜ, XALQ AYAĞA QALXDI - Mərkəzi Bank sədri istefa verdi, Prezident etirazçılara səsləndi (VİDEO, FOTOLAR)