Dövlət Xidmətinin 228 min manatlıq çap məhsullarını neyləyir? - Tender ləğv olundu

img

19-08-2025 [11:11]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çap məhsulları ilə əlaqədar elan etdiyi tender ləğv olunub.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.

Səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

Tenderin dəyəri 227 896 AZN olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR