"Bunun baş verməsi üçün ABŞ-ın təzyiqinə ehtiyac var" - Zelenski

img

19-08-2025 [10:49]


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli danışıqlara hazır olduğunu bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Aİ liderləri ilə birlikdə ABŞ prezidenti Donald Trampla görüşdən sonra jurnalistlərə açıqlama verib.

O, taleyüklü məsələlərin həllində liderlik səviyyəsidə görüşü mühüm sayıb: "Dediyim kimi, biz rəhbərlik səviyyəsində istənilən formata hazırıq. Çünki biz bütün bu mürəkkəb və ağrılı məsələləri yalnız rəhbərlik səviyyəsində həll edə bilərik. Ona görə də mən Putinlə ikitərəfli görüşə hazır olduğumuzu təsdiqlədim və bütün Avropa liderləri məni dəstəklədi. Məhz bu ikitərəfli görüşdən sonra üçtərəfli görüşün olacağını gözləyirəm".

Zelenski Putinin potensial ikitərəfli danışıqlara razı olub-olmayacağı barədə suala belə cavab verib: "Bunun baş verməsi üçün ABŞ-ın təzyiqinə ehtiyac var"

Zelenski Ağ Evdəki görüşün "yaxşı nəticələr verdiyi"ni də deyib: "Putinlə danışıqların tarixi hələ müəyyən edilməyib. Lakin bu görüş Rusiya-Ukrayna müharibəsini bitirmək üçün lazımi başlanğıc nöqtəsi və təhlükəsizlik zəmanəti üçün mühüm əhəmiyyət daşıyır".
 
Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR