Fiaskoya uğrayan baramaçılıq: 32 dəfə az istehsal və... - "Cavabdeh qurumlar və şəxslər hesabat verməlidirlər"
09-07-2025 [15:02]
"Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda görə, 2025-ci ilin iyul ayının 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib. Apardığımız hesablamalar göstərdi ki, bu il əvvəlki illə müqayisədə 22 faiz az barama istehsal edilib. Qeyd etməliyəm ki, 2025-ci ildə barama istehsalının azalacağı ilin əvvəlindən bəlli idi. Ona görə ki, bu il əvvəlki illərdən fərqli olaraq kümçülərə xeyli az ipəkqurdu toxumu paylanmışdı".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafı keçən əsrin ortalarına təsadüf edir:
"Statistika Komitəsinın təqdim etdiyi məlumata görə, 1940-cı ildə Azərbaycanda 2,4 min ton, 1950-ci ildə 2,6 min ton, 1960-ci ildə 3,1 min ton, 1970-ci ildə 3,7 min, 1980-ci ildə 5,0 min, 1990-cı ildə isə 4,9 min ton barama istehsalı edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu yaradılmışdı. İnstitutun yaradılmasında əsas məqsəd yüksək məhsuldar ipəkqurdu cinsləri və tut sortları yetişdirməklə ipəkçiliyin intensiv inkişаfına nail olmaq olmuşdur. Azərbaycan ən çox barama istehsalına 1991-ci ildə nail olunmuşdur. Həmin il 5 min 924 ton yaş barama istehsal edilmişdir. 1993-cü ildən sonra isə ölkədə barama istehsalı kəskin şəkildə azalmağa başladı. Sonrakı illərdə baramaçılığın maddi-texniki bazası zəiflədi. Regionlarda mövcud olan barama qəbulu və emalı məntəqələri sıradan çıxarıldı və bir çoxu dəyər-dəyməzinə satıldı. Uzun illər boyunca yetişdirilmiş tut ağacları və çəkil bağları lazımsız hala salındı. Bağlar ləğv edildi, tut ağaclarından, çəkillərdən odun kimi istifadə olundu. Necə deyərlər, sahə başlı-başına buraxıldı..."
Ekspertin sözlərinə görə, Azərbaycanda 2015-ci ildə cəmi 236 kiloqram barama istehsal edilib ki, bu da 1991-ci illə müqayisədə 25101,7 dəfə azdır:
"2016-cı ildə barama istehsalı 70,8 tona çatanda ölkə başçısı qeyd etmişdir ki, “baramaçılıqda böyük inkişaf müşahidə olunur”. Belə ki, həmin il Sabirabad Mədəniyyət evində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində İlham Əliyev demişdi: “Bu il baramaçılıqda böyük inkişaf müşahidə olunur. Əgər 2015-ci ildə cəmi 200 kiloqram yaş barama istehsal olunubsa, bu il 70 tona çatıb. Görüləcək tədbirlər nəticəsində bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək. Görün minlərlə, on minlərlə insan nə qədər böyük qazanc əldə edəcək”. 2016-cı ildə bu yana 8 il keçib. Keçən 8 il ərzində Azərbaycanda barama istehsalını sovet dövründəkindən də yüksək səviyyəyə qaldırmaq mümkün idi. Lakin bu müddət ərzində Azərbaycanda nəinki “min ton barama tədarük” edilmədi, 2017-ci ildən bəri ən aşağı səviyyəyə düşdü.
Fərqli sahələr olsa da, 2016-cı ildə ölkə başçısı “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdı. Sərəncama əsasən, barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 min manat, fındıq pöhrələrinin alınmasına 700,0 min manat ödənilmişdi.
Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilədək 2015-ci illə müqayisədə əsas hədəf kimi barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması nəzərdə tutulmuşdur. Təsəvvür edin, ölkədə barama istehsalı 1991-ci illə müqayisədə 25 min 102 dəfə azaldıqdan sonra Azərbaycan hökuməti barama istehsalını min dəfə artırmağı qarşıya hədəf qoyub.
2017-ci ilin noyabr ayınında “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilmışdır. Dövlət Proqramının giriş hissəsində qeyd edilmişdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Dövlət proqramında o da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması, habelə tut (çəkil) tinglərinin və barama toxumlarının tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə maliyyə vəsaiti ayrılmışdır.
Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 19 may 2017-ci il tarixli müvafiq Sərəncamı ilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılmışdı.
Qəbul edilmiş Dövlət Proqramında əsas hədəf kimi “Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur”. Proqramın qəbulundan 8 il müddət keçmişdir. Bu müddət ərzində sahənin inkişafı adı ilə dövlət büdcəsindən böyük məbləğdə maliyyə resursları ayrılmışdır. Onu da qeyd etməliyəm ki, 2017-ci ildən yaş barama istehsalı ilə məşğul olan fermerlərə, kəndlilərə dövlət tərəfindən subsidiya verilir və bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Barama istehsalçıları yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin noyabr ayında saytına yerləşdirdiyi məlumatda bildirilir ki, ölkədə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çin Xalq Respublikasından tut tingləri gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Gətirilmiş tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilib. Həmin məlumatda o zaman üçün ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilərək yeni bağlar salındığı qeyd edilir və bildirilirdi.
Kənd Təsərrüfatı Nazirliyi hələ 2019-cu ildə saytında yerləşdirdiyi məlumatda bildirilirdi: “Dövlət Proqramına uyğun olaraq yaxın illər üçün baramaçılığın güclü inkişafını təmin etmək məqsədi ilə tut bağlarının sahəsini artırmaq, paralel olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinin Baytarlıq Elmi-Tədqiqat İnstitunun ixtisaslaşmış laboratoriyasında süni yem istehsalına nail olmaqla il ərzində barama istehsalının həcmini artırmaqdır. Eyni zamanda, barama istehsalçılarının üzləşdikləri problemlərin operativ həll edilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində 11 nəfərdən ibarət Barama İstehsalçıları Şurası yaradılıb ki, bu Şura yaxın gələcəkdə sahənin strateji inkişafının təmin edilməsi üçün öz tövhəsini verəcək”.
Beləliklə, dövlət qrumlarının hesabatlarında qeyd edilir ki, baramaçılığın və ipəkçiliyin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri hesabına bir sıra işlər görülmüşdür:
- Çin Xalq Respublikasından ipəkqurdu toxumları, 4,5 milyon ədəd tut (çəkil) tingləri gətirilmiş və məhsul istehsalçılarına əvəzsiz paylanmışdır,
- Çin Xalq Respublikasından Azərbaycana mütəxəssislər dəvət olunmuş və onların tövsiyyəsindən istifadə olunmuşdur,
- Çin Xalq Respublikasının mütəxəssislərinin nəzarəti altında 150 hektara yaxın sahədə yeni intensiv tipli tut bağlarının salınması təmin edilib,
- Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması həyata keçirilmişdir".
Vahid Məhərrəmov deyir ki, baramaçılığın və ipəkçiliyin inkişafı məqsədilə dövlət büdcəsindən böyük məbləğdə maliyyə vəsaitləri ayrılsa da, sahənin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı qəbul edilsə də, bu sahədə vəziyyət pisləşib: "Onu da qeyd etməliyəm ki, baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd edilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Proqramın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Yəqin ki, baramaçılıqda vəziyyətin pisləşməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən ölkə başçısına məruzə edilib.
Dövlət Proqramı qəbul edildikdən iki il sonra, 2019-cu ildə ölkədə barama istehsalı 643,7 tona çatdı və sonrakı illərdə istehsal sürətlə azalmağa başladı. Belə ki, 2019-cu ilə nisbətən 2020-ci ildə barama istehsalı 30,6% azalaraq 446,6 tona, 2021-ci ildə barama istehsalı 2019-cu illə müqayisədə 22,7% az olmuşdur. Bu il barama tədarükü artıq başa çatmışdır. 2025-ci ildə barama istehsalı 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,4 dəfə azdır. Son 6 ildə barama istehsalının aşağı düşməsi ondan xəbər verir ki, hökümət 2017-ci ildə qəbul etdiyi Dövlət Proqramının icra vəziyyətinə nəzarət edə bilməmişdir.
Qeyd etməliyəm ki, barama istehsalının azalması öz növbəsində ipək ixracının azalmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan 2024-cü ilin yanvar-avqust aylarında 537 min dollar dəyərində 38 ton ipək ixrac edilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 dəfə, fiziki çəkidə isə 17,4% azdır.
Beləliklə, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” icra müddəti başa çatdı. Proqramda 2025-ci ilədə ölkədə yaş barama istehsalının həcminin 6 min tona çatdırmaq nəzərdə tutulmuşdu. Proqramda nəzərdə tutulandan 32 dəfə az barama istehsal edilib. Deməli, məqsədə nail olunmadı. Dövlət proqramı fiaskoya uğradı. Hesab edirəm ki, proqramın icrasını təmin edə bilməyən dövlət qurumları və şəxslər ictimaiyyət qarşısında hesabat verməlidirlər".
Samir MUSAYEV
MİA.AZ
Sabah bəzi bölgələrə güclü yağəş yağacaq - Xəbərdarlıq
Pərviz Şahbazov: "Qlobal neft bazarının tənzimlənməsi və..."
"Jurnalistlərin binası"nda nə baş verir? - "City Net" şirkəti daha bir abunəçini aldadıb
"Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər”
Həbs olunan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
Səudiyyə və BƏƏ qondarma erməni soyqırımını tanımağın bir addımlığından döndü - Əbu-Dabi Ermənistananla Azərbaycanı bir araya gətirir
Yol kənarındakı səkiyə çıxan maşın ana-balanı vurdu - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tələbə köçürülməsi prosesi başlayıb
Səbayıl Bağırovla müqaviləyə xitam verilib
"Fənərbağça" ulduz futboçu üçün "PSJ"yə təklif göndərib
Qəzzada son 24 saatdakı itki açıqlandı
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ - Əbu-Dabidən gözlənti (TƏHLİL)
Fiaskoya uğrayan baramaçılıq: 32 dəfə az istehsal və... - "Cavabdeh qurumlar və şəxslər hesabat verməlidirlər"
Ali Koç futbol klubu alıb? - "Fənərbağça"dan açıqlama
"Qalatasaray" hücümçusunu icarəyə verib
"Benfika" yeni idman direktoru gətirib
Nikolo Zaniolo "Qalatasaray"da qalmaq istəyir
"Beşiktaş" sabah ilk yoldaşlıq matçına çıxacaq - TƏQVİM
"Beşiktaş" Orkun Kökçünü transfer edir
"Qalatasaray" Viktor Osimhenin transferini həll edir
XİN-dən sərt cavab gəldi: "İranın Ermənistandakı səfirinin iddiaları riyakarlıqdan başqa bir şey deyil"
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
DAHA BİR QHT SƏDRİNİN HƏBSİ... - Məhkəmədən qərar
Ali Məhkəmədə dəyirmi masa keçirilib
Bəşir Süleymanlının həbs müddəti... - Məhkəmə qərar verdi
Sabah hava necə olacaq? - Proqnoz
Mənsur Yavaş istefa anonsu verdi: "Əgər əsas məqsəd CHP-li bələdiyyə sədrlərinə mane olmaqdırsa..."
İsrail Qəzzanı yenə bombalayıb - 26 fələstinli həlak olub, aralarında uşaqlar da var
Məmməd Alpayın həbs müddəti uzadılıb
Pensiyalar ayın neçəsi veriləcək? - Açıqlama yayıldı
Daxili İşlər Nazirliyi sürücülərə xəbərdarlıq edib
Trampın səsi yazıldı: "Putinə dedim ki, Moskvanı yerləbir edənə qədər bombalayaram"
Azərbaycan və Qazaxıstan PUA-larla təlim keçirir - VİDEO
Netanyahu: "Qəzzada əməliyyatımız dayanmayacaq" - "HƏMAS bir daha burada mövcud olmayacaq"
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
Azərbaycan nefti bahalaşdı
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb - 20 nəfər xəsarətləri alıb
Iki eşşəyin arpasını bölə bilməyənlər... - Təbriz VƏFALI YAZIR
İqlim dəyişikliyi: Avropada bu səbəbdən ölənlərin sayı üç dəfə artıb
Qəzzada meningit halları çoxalıb - Azyaşlılar arasında
Texasda sel: 160-dan çox insan yoxa çıxıb