Nikolo Zaniolo "Qalatasaray"da qalmaq istəyir

img

09-07-2025 [14:05]


Nikolo Zaniolo yeni mövsümdə "Qalatasaray"da qalmaq istədiyini bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyalı futbolçu ilə bağlı yekun qərarı Avstriya düşərgəsi öncəsi baş məşqçi Okan Buruk verəcək.

Zaniolo məşqdə iddialı və həvəsli görünüşü ilə diqqət çəkir. 

Xatırladaq ki, 2023-cü ilin fevralında “Roma”dan 15 milyon avroya transfer olunan Zaniolo icarə əsasında “Aston Villa”, “Atalanta” və “Fiorentina”da çıxış edib. “Qalatasaray” bu müddət ərzində ulduz futbolçudan ümumilikdə 11,5 milyon avro müvəqqəti transfer haqqı alıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR