"Beşiktaş" Orkun Kökçünü transfer edir

img

09-07-2025 [13:44]


"Beşiktaş"ın Orkun Kökçünün transferi ilə bağlı danışıqları müsbət irəliləyir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Serdal Adalının futbolçunun transferi ilə bağlı "Benfika" ilə danışıqları uğurla gedir.

Məlumatlara görə, "Beşiktaş" Orkun ilə 1+4 illik müqavilə imzalamaq istəyir.

Xatırladaq ki, o, ötən mövsüm 55 matça çıxıb 12 qol vurub, 11 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR