Erməni nazir Azərbaycanı təhdid etdi- “Zorla alacağıq..”

img

15-08-2014 [16:05]


Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycan əsirliyində ölən erməni diversant Karen Petrosyanın meyidindən danışıb.

MİA anspress-ə istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri Beynəlxalq Qızıl Xaç Komitəsilə ilə meyidin qaytarılmasına dair əməkdaşlıq etdiklərini açıqlayıb. O bildirib ki, meyiti ya dəyişəcəklər, ya da zorla alacaqlar.

Qeyd edək ki, avqustun 7-də Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilmiş, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilmişdi.

Avqustun 8-də səhər saatlarında dəstənin ələ keçirilmiş üzvü Karen Petrosyan qəflətən naməlum səbəbdən dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA