IŞİD qadınlarla bağlı şok qərar verdi

img

24-07-2014 [18:59]


İraq və Şam İslam Dövləti ələ keçirdiyi bölgələrdə qadın və qızların sünnət olunması ilə bağlı fətva verib.

ANS PRESS-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatı açıqlama verib.

BMT-nin İraqdakı humanitar yardım üzrə nümayəndəsi Jaklin Bedkok İŞİD tərəfindən verilən bu qərarın narahatlıq doğurduğunu bildirib.

"Bu qərar İraq üçün qəbuledilməzdir. Bu, terrorçuların nəzarəti altında olan bölgələrdə yaşayan iraqlıların və iraqlı qadınların etirazına səbəb olub. Çox narahatverici vəziyyət yaranıb. Bu, mütləq müzakirəyə çıxarılmalıdır”, - deyə Jakelin Bedkok bildirib.

Alınan son məlumata görə, İŞİD-in bu fətvası 4 milyon qız və qadına şamil ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA