Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - Leyla Əliyevanın təşəbbüsü ilə
03-10-2025 [14:42]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə oktyabrın 2-3-də Bakı Konqres Mərkəzində "Xəzər dənizi üçün dönüş nöqtəsi: COP29 və UNOC 2025 nəticələrindən COP30 üzrə fəaliyyətə keçid" mövzusunda beynəlxalq konfrans keçirilib.
Mia.az xəbər verir ki, oktyabrın 3-də açılış sessiyasında çıxış edən Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, "Great Whale Conservancy" təşkilatının təsisçisi və direktoru Maykl Fişbax, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat direktoru Yucin Six və tədbirə onlayn qoşulan BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Cenevrə Qlobal Resurs Məlumat Bazasının direktoru Paskal Peduzzi dünyanın ən böyük və analoqu olmayan su hövzəsi olan Xəzər dənizinin problemlərindən bəhs edib, dəniz səviyyəsinin azalması, bioresursların tükənməsi, sahilyanı ekosistemlərin deqradasiyası və çirklənmə kimi çağırışların hər bir dövlətin təkbaşına həll edəcəyi problemlər olmadığını diqqətə çatdırıblar.
Qeyd olunub ki, Xəzərin səviyyəsində son onillikdə müşahidə olunan enmə prosesləri həm sahilyanı infrastruktur, həm də ekosistemlər üçün ciddi fəsadlar yaradır. Son 30 ildə 2,5 metr enmə yaranıb ki, bu da balıqçılıq təsərrüfatı, yaşayış məntəqələri və ekosistemlərin dayanıqlığına mənfi təsir göstərir. Suyun çəkilməsi də yeni ekoloji risklər yaradır. Belə ki, torpaq duzlaşması, bioloji müxtəlifliyin zəifləməsi kimi problemlər ortaya çıxır. Bildirilib ki, qlobal əhəmiyyətə malik olan Xəzər dənizində iqlim dəyişikliyi səbəbindən gedən proseslərin təsir və nəticələri regional xarakter daşıyır və yalnız koordinasiyalı tədbirlər, ortaq tədqiqatlar və qarşılıqlı etimad şəraitində aradan qaldırıla bilər. Həmçinin Azərbaycanın COP29 sədrliyi dövründə əldə olunan nəticələrin praktiki addımlara transformasiyasının vacib olduğu da vurğulanıb.
Tədbir müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən COP29 Prezidentliyi, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), eləcə də müxtəlif ölkələrin ixtisaslaşmış elmi-tədqiqat müəssisələrinin nümayəndələri Xəzər dənizinin mühafizəsi üzrə regional əməkdaşlıq imkanları, su ehtiyatlarının idarəolunması və beynəlxalq səviyyədə koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunublar. İştirakçılar Xəzər dənizinin ekoloji vəziyyətinə dair mövcud çağırışları qeyd edərək, beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, IDEA və Caspisnet elmi şəbəkəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirin məqsədi 10-dan çox ölkəni təmsil edən dəniz ekologiyası, dayanıqlı akvakultura, hidrologiya, coğrafi informasiya sistemləri və bir sıra digər müvafiq sahələr üzrə ixtisaslaşmış alim və ekspertləri bir araya gətirərək Xəzər dənizinin səviyyəsinin dəyişmə dinamikası, dəniz biomüxtəlifliyi və ekoloji balansın qorunması yollarına dair fikir mübadiləsi aparmaq, eləcə də birgə həll yollarını müzakirə etməkdən ibarətdir.
Tədbir çərçivəsində, həmçinin iştirakçıların Xəzərin zəngin biomüxtəlifliyi ilə birbaşa tanış olmaları üçün Abşeron Milli Parkına səfəri təşkil ediləcək.
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ