Jurnalist Fatih Altaylı hakim qarşısına çıxarıldı - Həbs qərarı qüvvədə qaldı

img

03-10-2025 [13:29]


Sosial media hesabında “Prezidenti hədəf alan təhdidedici ifadələr”  iddiası ilə 5 ildən az olmayan həbs tələbiylə üzləşən məşhur türkiyəli jurnalist Fatih Altaylı bu gün məhkəmə qarşısına çıxarııb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Prezidenti təhdid etmək” ittihamı ilə 104 gündür həbsdə olan jurnalist Fatih Altaylı İCLASDA  ittihamla razılaşmadığını və sərbəst buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib.

Tərəflər dinləndildikdən sonra hakim həbs qətimkan tədbirini QÜVVƏDƏ SAXLAYIB.

Növbəti iclas noyabrın 26-da keçiriləcək.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA