Trampdan gözlənilməz bəyanat: "Putin dəli olub, əgər o, bunu edərsə, Rusiya çökəcək"

img

26-05-2025 [07:48]


ABŞ prezidenti Donald Tramp Rusiya lideri haqqında özlənilməz bəyanat verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Putini "tamam dəli" olmaqda ittiham edib.

Donald Tramp bildirib ki, Rusiya ordusunun dünən Ukraynaya hücumundan sonra bildirib ki, Putinlə uzun müddətdir çox yaxşı münasibətləri var, lakin onun indiki davranşışını anlamaqda çətinlik çəkir: "Ona bir şeylər olub. O, tamamilə dəli olub. O, lazımsız yerə bir çox insanı öldürür...".

Rusiyanın Ukraynaya raket və PUA ilə hücumunun təsadüf olmadığını qeyd edən Tramp daha sonra yazıb: "Mən həmişə demişəm ki, Putin Ukraynanın bir hissəsini deyil, hamısını istəyir. O, Ukraynaya tam sahib omaq istəyir. İndi bəlkə də bu təxminim doğru çıxır. Ancaq o, bunu etsə, bu, Rusiyanın tamamən çöküşünə səbəb olacaq".

Ukrayna prezidenti Vladimir Zelenskini də tənqid edən Tramp bildirib ki, onun açıqlamaları da sülhə xidmət etmir: "Prezident Zelenski bu cür danışmaqla ölkəsinə heç bir yaxşılıq etmir. Onun ağzından çıxan hər şey problem yaradır, bundan xoşuma gəlmir. O, belə çıxışlarını dayandırsa, yaxşı olar".

ABŞ lideri bir daha "köhnə palan"ı döyəcləyib: "Əgər mən o vaxt Prezident olsaydım, Rusiya ilə Ukrayna arasında müharibə başlamayacaqdı. Bu, Zelenski, Putin və ABŞ-ın keçmiş prezidenti Co Bayden arasında müharibədir. Mən sadəcə olaraq səriştəsizlik və nifrətlə başlayan bu böyük və çirkin yanğınları söndürməyə çalşırıam".

Xatırladaq ki, Rusiya ötən gün Ukraynaya zərbə endirb. Nəticədə 12 mülki şəxs həyatını itirib, 60-dan çox yaralı var.

Zelenski hücumla bağlı bildirib ki, ruslar təxminən 70 raket və 300-ə yaxın PUA ilə ölkəsinə hücum edib: "Müttəfiq ölkələri Rusiyaya təzyiq artırmalıdır. Amerikanın susması Putini həvəsləndirir”.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:02 27.05.2025

Ərdoğan Laçına gəlir

11:32 27.05.2025

Sabahın hava proqnozu...