Məleykə Abbaszadə əleyhinə yazan ekspertləri ələ saldı, ard-arda cavablar gəldi - "Budur ədalətli imtahan?"
27-05-2025 [17:32]
Azərbaycanda təhsil sektorunda illərin yığılıb qalmış narazılıqları nəhayət alovlanıb. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin son mətbuat konfransında səsləndirdiyi sərt fikirlər bütün sektoru silkələyib.
Mia.az-ın məlumatına görə, Məleykə Abbaszadə təhsil ekspertlərini yerdən-yerə vuraraq deyib: “Mən bilmirəm, kim bunlara ekspert adı verib? Hansı universiteti bitirib, neçə balla qəbul olub, bilirikmi? Sadəcə sosial şəbəkədə nəsə yazan ekspertdirmi?!”
Qeyd edək ki, son dövrlərdə DİM-in keçirdiyi imtahanlar və bu imtahanlardakı suallar sərt tənqid olunur. Keçmiş təhsil naziri Misir Mərdanov isə “uşaqları niyə "şikəst" edirsiniz deyə çağırış edib: “Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz. Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da "bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".
DİM sədrinin tənqidinə təhsil ekspertlərinin cavabı gecikməyib.
Kamran Əsədov açıq meydan oxuyaraq öz CV-sini yayımlayıb və Abbaszadəni səriştəsizlikdə ittiham edib: “Maksimum 300 bal toplamaq hüququ olan iki abituriyentin nəticəsini DİM səhv yoxlayıb 43 göstərmişdi. Apelyasiyadan sonra isə bu rəqəm 45-ə qalxdı. Yəni bu şagirdlərin nəticəsi səriştəsizlik nəticəsində az yazılmışdı. Budur şəffaflıq? Budur ədalətli imtahan? Budur biliyin düzgün qiymətləndirilməsi?
DİM rəhbərliyində təmsil olunanların elmi göstəricilərini araşdırmağa başladım. Təhsil sisteminə bu qədər aqressiv və savadsız müdaxilə edənlərin öz elmi fəaliyyəti nə yerdədir? Maraqlıdır, DİM rəhbərliyinin beynəlxalq elmi bazalarda (Web of Science, Scopus, Google Scholar və s.) adı varmı? Məqalə sayı neçədir? H-indeksi neçədir? Əgər özləri elmi və tədris fəaliyyətinə məsuliyyətlə yanaşmırlarsa, ölkənin gələcəyinə cavabdeh olan yüz minlərlə gəncin taleyini hansı elmi, hansı pedaqoji yanaşma ilə idarə edirlər?
Bir də deyirlər “elmi əsaslarla imtahan hazırlayırıq”. Bu “elmi əsaslar” nədir? Hansı təhsil fəlsəfəsinə, hansı pedaqoji modelə, hansı ölkənin praktikasına əsaslanır? Görünür, bu əsaslar bir-iki Excel cədvəlindən və nəticələri saxtalaşdırılmış statistikadan o yana keçmir. Təhsil idarəçiliyi şəxsi ambisiya, formal diplom və inzibati təlimatla yox, akademik səmimiyyət, beynəlxalq elmi məhsuldarlıq və intellektual dürüstlüklə aparılmalıdır".
Təhsil eksperti Elşən Qafarov isə deyib: “DİM desin, dünyada ikinci bir ölkə var ki, bu cür imtahan keçirir? Azərbaycan gəncləri peşə seçimini belə dilinə gətirə bilmir!
Tədris ilinin başa çatmasına 12-14 həftə qalmış imtahanlar keçirilir. İmtahan keçirildikdən 6 həftə sonra imtahanın nəticələri elan olunur. Bəlkə bundan danışsınlar?! DİM kimi dəvət edibsə, onlar gəlməyiblər. Şəxsən məni heç kim dəvət etməyib. İllərdir ki, DİM-lə bağlı təkliflər verirəm. Bir dəfə də olsun dəyirmi masa keçirib dəvət eləməyiblər ki, bu barədə fikirlər söyləyirsiz. Bunun əsaslandırmasını verin”.
Ən sərt cavab isə tanınmış jurnalist Taleh Şahsuvarlıdan gəlib. O, artıq hüquq-mühafizə orqanlarını DİM-in fəaliyyətini araşdırmağa çağırıb.
Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki, orta məktəbi bitirmək kifayət etmir, repetitor kurslarına qatılmaq, bahalı hazırlıqlardan keçmək zərurətə çevrilir.
Şahsuvarlının fikrincə, ölkədə təhsilin bu şəkildə zədələnməsi milli təhlükəyə çevrilib və məsuliyyət daşıyan orqanlar bu məsələyə dərhal müdaxilə etməlidirlər: “DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə "testoloq" deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır... Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir"(Musavat.com)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR
"PREZİDENT TELEFONDA DEDİ Kİ..." - Ceyhun Bayramov 5 il əvvəl Moskvada bağlı qapılar arxasındakı görüşün sirlərini açdı
Azərbaycan neftinin qiyməti 65 dollara qalxdı
8 noyabrda sizi nə gözləyir? - BÜRCLƏR
Mehriban Əliyeva: "Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"
Bu gündən dörd günlük tətil başlayıb
BU GÜN ZƏFƏR GÜNÜDÜR - Paytaxtda parad keçiriləcək
Prezident elə görüntüləri paylaşdı ki... - VİDEO
45 hakim istefa verdi - Türkiyədə
İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım - FOTO
Misli Premyer Liqasının “Zəfər turu” start götürdü - “Şamaxı” minimal hesabla qalib gəlib, Qəbələ” isə...
Türkiyədə qəza: 11 şagird xəsarət alıb
TÜRKİYƏDƏN SENSASİON QƏRAR - Netanyahu və yüksək vəzifəli şəxslər barədə həbs qərarı çıxarıldı (SİYAHI)
"İntellektual gənclər Azərbaycanın gələcəyidir” - Azad Manafl
QƏHRƏMAN BÖYÜDƏN ANA, GÜNÜN MÜBARƏK!
Türkiyədə 12 deputatın toxunulmazlığını ləğv etmək istəyirlər - İkisi partiya sədridir (SİYAHI)