Zaxarova: "Bu savaş müasir dövrün ən utancverici hadisəsidir"

img

27-05-2025 [15:34]


"İsrail ordusunun İordan çayının qərb sahilinin Cenin bölgəsində diplomatlara atəş açması vəziyyəti daha da qəlizləşdirir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Mahaçqalada mətbuat konfransında deyib.

O bildirib ki, bu cür hücumlar vəziyyəti daha da pisləşdirir: "İsrail belə hərəkətindən əl çəkməlidir. Belə hücumlar gərginliyin azaldılması prosesinə töhfə vermir, əksinə daha da ağırlaşdırır. Hazırda Fələstində baş verənlər humanitar fəlakətdən daha betərdir. Çox sayda dinc vətəndaşın ölümünə səbəb olan bu savaş müasir dövrün ən utancverici hadisəsidir"

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA