Paraatlet idmançını kimlər aldadıb? - Baş Prokurorluq məlumat yaydı
27-05-2025 [12:57]
Baş Prokurorluq paraatlet idmançı Elmir Cəbrayılovun “İnşaat Konstruksiyaları” MMC tərəfindən inşa edilən binadan mənzil alarkən aldadılması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan Mia.az-a bildirilib ki, “İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxslər Rauf Əliyev, Rəsul Əliyev və Zahir Nəcəfovun Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə),308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrilə ittiham edildiyi cinayət işi üzrə hazırda məhkəmə baxışı davam etdirilir.
Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.
Bundan başqa Baş İdarədə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri barəsində məhkəməyə göndərilmiş qeyd edilən cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.
Bununla yanaşı, Cabbarov Səyyaf Cəbrayıl oğlunun "İnşaat Konstruksiyaları" MMC-nin digər ünvanda - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində yerləşən hazırda inşa edilməkdə olan binadan mənzil alarkən aldadılmasına dair müraciətinə icraatda olan cinayət işi çərçivəsində baxılmaqdadır.
Belə ki, istintaqla müəyyən edilmişdir ki, Səyyaf Cabbarov 07 avqust 2020-ci il tarixdə mülki müqavilə əsasında “İnşaat Konstruksiyaları” MMC-dən həmin binanın 9-cu mərtəbəsində yerləşən 121.3 m2 ölçüdə, 2 otaqlı ümumi dəyəri 303.250 manat olan mənzilə görə 238.922 manat dəyərində ödəniş etməklə və əlavə olaraq fərq məbləği dəyərində tikinti materialı verdikdən sonra müqavilənin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib, lakin tərəflər arasında göstərilən razılığa tam əməl olunmadığına görə mənzil ona təhvil verilməyib.
Hazırki dövrədək qeyd edilən mənzilin başqa şəxsə satılmadığı və tərəflər arasında yaranmış mübahisənin öhdəliklərin icrası ilə bağlı mülki hüquqi xarakter daşıdığı müəyyən edilib.
Müraciəti ilə əlaqədar Baş idarədə qəbul olunan Səyyaf Cabbarovun oğlu Elmir Cəbrayılov hazırda mənzilə dair əlavə ödəniş etmək üçün maddi imkanlarının olmadığını, bu səbəbdən ödədiyi vəsaitin mənzilin satılması ilə qaytarılmasını xahiş edib və ona göstərilən xüsusatla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib.
Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və digər tədbirlərin icrası davam etdirilir.
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər
Daha 237 dərmanın qiyməti dəyişib - Qərar
BENZİN VƏ DİZELİN QİYMƏTİ QALXDI - Tarif Şurası qərar verdi
Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir
Axtarışda olan Nicat Rəhimov Bosniya və Herseqovinada saxlanılıb
Səudiyyə bu hücumla açıq mesaj verir - Təhlil
Spiker: "Payız sessiyasında 86 qanun və qərar layihəsi qəbul edilib"
Milli Məclis müraciət yayıb
Dövlət qulluğu ilə bağlı yeni qanun qəbul edildi - DETALLAR
Yeni il gecəsi hava necə olacaq? - Proqnoz
Onlara leytenant hərbi rütbəsi veriləcək - Yeni qanun