NATO: "ABŞ-ın alyansdan çıxmaq planı yoxdur"

img

14-05-2025 [23:38]


“ABŞ-ın NATO-dan çıxmaq istədiyinə dair heç bir əlamət yoxdur. Bu, söz-söhbət əsassızdır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin sədri, italiyalı admiral Cüzeppe Kavo Draqonun sədrliyi ilə keçirilən iclasda deyib.

NATO-nun Brüsseldəki qərargahında keçirilən görüşdən sonra mətbuata açıqlama verən Dragone təhlükəsizlik problemlərinə və geosiyasi qeyri-sabitliyə diqqət çəkib: "Ukraynadakı müharibənin həyəcanı və ABŞ rəhbərliyinin hamımızdan xərc yükünün bölüşdürülməsi tələbi istiqamətində daha çox işlər görməsini tələb etməsi çağırışı cavabsız qalmayıb. Artıq üzv dövlətlər müdafiə xərclərini artırır".

NATO rəsmisi deyib ki, ittifaq üzvləri arasında fikir ayrılıqları olduğunu gizlətməyib: "Düşmənlərimiz yatmır. Onlar bizim fikir ayrılığımızdan  istifadə edə bilərlər. Bu, zəif cəhətimiz kimi qəbul edilə bilər, amma əslində əsas güclü tərəflərimizdən biri fiir dartışmasıdır. Bu, heç vaxt zəiflik deyil, möhkəmlik mənbəyi olaraq qalmalıdır."

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq