“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
14-05-2025 [16:10]
İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə tərəfdaşlığını genişləndirərək rəqəmsal yeniliklər və müştəri məmnuniyyəti istiqamətində növbəti addımı atır.
Bu təşəbbüs nəticəsində istifadəçilərə seçilmiş “Birbank” filiallarında “Bakcell” nömrələrinin təqdimatı və “Birbank” mobil tətbiqi vasitəsilə tam inteqrasiya olunmuş aktivləşdirmə təklif olunur.
Tərəfdaşlığın əsas məqsədi innovasiya əsasında müştəriyönümlü və funksional xidmət modelinin formalaşdırılmasıdır.
Qeyd edək ki, “Bakcell” nömrələri “Birbank”ın “Gənclik Mall”, “Sahil”, “28 Mall”, “Binəqədi” və “Sumqayıt” filiallarında quraşdırılmış xüsusi stendlər vasitəsilə təqdim olunur. İstifadəçilər stend və ya SIM paketinin üzərindəki QR kodu “Birbank” tətbiqi ilə skan edərək nömrəni tam rəqəmsal və sürətli şəkildə aktivləşdirə, daha sonra “Bakcell”in “Birinci” tarif paketindən faydalana bilərlər. Bu tarifə qoşulan müştərilər, həmçinin “Trendyol”, “Umico”, “m10” və “Birbank” platformalarından istifadə zamanı xüsusi fürsət və əlavə imkanlar əldə edəcəklər. Yaxın gələcəkdə isə digər “Birbank” filiallarında da yeni “Bakcell” stendlərinin quraşdırılması planlaşdırılır.
Əlavə olaraq, nömrələr “Əhmədli” ərazisində, həmçinin “Koroğlu”, “20 Yanvar” və “Şah İsmayıl Xətai” metro stansiyalarının yaxınlığındakı “Bravo” hipermarketlərində yerləşən “Bakcell” stendlərindən də əldə edilə bilər.
Bu təşəbbüs “Bakcell”in müştəriyönümlü yanaşmasını əks etdirən və müştəri təcrübəsinin hər mərhələsində rəqəmsal yeniliyi təşviq edən növbəti uğurlu addımdır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb
"Qarabağ" "Ayaks"a qol vurdu - VİDEO (YENİLƏNİR)
Prezident İlham Əliyev Donald Trampa məktub göndərib: "Münaqişələrin həllinə davamlı sadiqliyiniz..."
Qəzza yenə bombalanıb - Yaralılar var
Prezident daha bir 4 illik planı təsdiqlədi - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman + DETALLAR
"Yüksəliş" müsabiqəsi keçiriləcək - Sərəncam
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI, YENİ TƏYİNAT OLDU - Sərəncam
Sabah Binəqədi və Sabunçuda qaz olmayacaq
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir, İH "düzələcək2 deyir + FOTOLAR (Yenilənib)
İqtisadi Şura ilə İnvestisiya Holdinqin Müşahidə Şuraları birgə iclas keçirib - Nələr müzakirə olunub?
Əli Əsədov bu qurumlarla bağlı qərar imzalayıb - Siyahı
Domen idarəçiliyi ilə bağlı Yol Xəritəsi hazırlanacaq
Diplomatik xidmət əməkdaşlarının attestasiyası - Qayda təsdiqləndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
SOCAR-la "MVM ONEnergy" arasında yeni saziş imzalandı - Qazla bağlı
Bakıda əyləncə məkanı cərimələnib
Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib
"Hıdır Baba"nın anası vəfat edib - 93 yaşında
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu
Nazir müavini: "Distant işlə bağlı yeniliklər gözlənilir"
Bakıda binaların birinin eyvanı uçub - VİDEO
"Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə"ni təsdiqlənib
Namizəd Səfərova cinayət işi açılıb
ABŞ-ın döyüş təyyərələri Venesuelanı təhdid edib