Vətəndaşların bank kartlarından yenə pul oğurlanıb

img

14-05-2025 [10:06]


Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, onlayn cinayət davam edən və artan kiber təhlükədir:

"Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir".

Məlumata görə, mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq