Sərkisyandan şok hədə: “Azərbaycanı xarabalığa çevirə bilərik”

img

11-08-2014 [13:54]


"Ermənistan 300 kilometr məsafəni vura biləcək elə ballistik raketlərə sahibdir ki, onlar çox qısa zaman ərzində Azərbaycanın istənilən inkşaf etmiş yaşayış məntəqəsini Ağdam kimi xarabalığa çevirə bilər”.

Bu açıqlamanı Ermənistan Prezidenti Serj Sərkisyan "Armnyus" televiziyasına müsahibəsində deyib. O, Azərbaycan ordusunun nəyə qadir olduğunu yaxşı bildiklərini söyləyib:

"Azərbaycan Prezidenti çox gözəl bir şey söylədi ki, tərəflər bir-birilərinin imkanlarını yaxşı tanıyırlar. Həqiqətən, biz yaxşı bilirik ki, Azərbaycan Silahlı Qüvvələri hansı imkanlara sahibdirlər. Azərbaycanın rəhbərliyi də bizim haqqımızda yaxşı məlumata sahibdir. Mən bunu çəkinmədən deyirəm ki, əgər müharibə başlasa, Azərbaycan Silahlı Qüvvələri Naxçıvandan İrəvan sərhədlərinə çata bilərlər. Amma bu şeylər cəzasız qalmayacaq və Azərbaycan rəhbərliyi bunu çox yaxşı bilir. Bu seçim məsələsidir. Əgər bu insanlar taleyi yoxlamaq istəyirlərsə, əgər onlar genişmiqyaslı əməliyyatlardan qaçıb Ermənistanın sərhədyanı yaşayış məntəqələrini nişan seçməyi qərara alıblarsa, o zaman gərək bunun cavabdehliyi barədə də düşünsünlər”.

axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA