Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü barədə məlumat-RƏSMİ

img

08-08-2014 [16:06]


Kremlin mətbuat xidməti Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü barədə məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin avqustun 9-da Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Eyni gün V. Putinin Ermənistan prezidenti Serj Sarkisyanla da görüşü keçiriləcək.

Kremlin mətbuat xidmətindən bildirilib ki, Rusiya və Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli əməkdaşlığın ən vacib məsələlərinin müzakirəsi, xüsusən enerji, investisiyalar və regionlararası kooperasiya sahəsində qarşılıqlı faydalı layihələrin inkişafı üçün birgə addımların razılaşdırılması planlaşdırılır.

S. Sarkisyanla görüşdə isə siyasi, iqtisadi-ticarət və humanitar əlaqələrin bundan sonrakı inkişafı barədə fikir mübadiləsi aparılacaq. Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması prosesinə xüsusi diqqət yetiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA