Rəsmi Ankara Qırğızıstan, Tacikistan və Özbəkistan arasında razılaşmanı alqışlayıb 

img

03-04-2025 [21:22]


Türkiyə Qırğızıstan, Tacikistan və Özbəkistan arasındakı sərhəd razılaşmanı alqışlayır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin üç ölkə arasındakı sərhəd anlaşması haqqında imzalanan sazişə münasibətində yer alıb.

Xarici İşlər Nazirliyi Qırğızıstan, Tacikistan və Özbəkistan arasında üç ölkənin sərhəd qovşağının müəyyən edilməsi məqsədi daşıyan və martın 31-də imzalanan razılaşmanə təqdir edib: "Müqavilənin Orta Asiyada sülh, sabitlik və əməkdaşlığa töhfə verəcəyinə inanırıq".

Lamiyə Əhmədli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA