İsrail Şərqi Qüdsdə yeni söküntüyə başlayıb - Fələstinlilə məxsus tikililər dağıdılır

img

03-04-2025 [09:32]


İsrail Şərqi Qüdsdə yeni söküntüyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

Agentlik yazıb ki, İsrail qüvvələri Şərqi Qüdsün şimalındakı İseviyyə qəsəbəsində bir neçə ev və fermalarını dağıdıb: "Bununla bərabər, buldozerlərlə şəhərin qərb hissəsindəki əkin sahələrinə ciddi zərər yetirilib. İsrail bu söküntü işlərini həmin tiklilərlərin və ya əkin sahələrinin qanunsuz istifadəsi ilə əlaqələndirir. Halbuki, bu, belə deyil".

Fələstin Azadlıq Təşkilatının bəyanatında isə deyilir ki, İsrail son bir ay ərzində 74 yaşayış evi, 4 boş ev və 29 kənd təsərrüfatı obyekti daxil olmaqla, ümumilikdə 126 tikilini dağıdıb.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA