İsrail ordusu təsdiqlədi: "Təcili yardım və yanğınsöndürən maşınlarını vurduq, ancaq..." 

img

01-04-2025 [09:42]


İsrail ordusu martın 17-də Qəzza zolağında təcili yardımı və yanğınsöndürmə maşınlarına atəş açdığını təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ordunin mətbuat xidməti açıqlama verib.

Bildirilib ki, maşınlar şübhəli göründükləri üçün vurulub: “İlkin araşdırmalardan sonra müəyyən edilib ki, şübhəli bilinən avtomobillərdən bəziləri təcili yardım və yanğınsöndürən maşınlar olub. Hadisədən təəssüflənirik...".

Xatırladaq ki, Fələstin Qızıl Aypara Cəmiyyəti həmin hücum nəticəsində 9 tibb işçisinin öldüyünü bəyan edib: "Onların cəsədləri param-parça olduğundan itkin sayılırlar".

Xəbərdə o da deyilir ki, həkimlərlə yanaşı, beş mülki müdafiə işçisi də həlak olub.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA