İmamoğlunun şirkətinə "əl qoyuldu" - Ortağı isə 40 miilyonla tutuldu

img

19-03-2025 [23:46]


Bu gün həbs olunan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun şirkətinə "əl qoyulub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat Ticarət və Sənaye Anonim" şirkətinin üzərinə həbs qoyulması barədə qərar verilib.

"TRTHaber"in məlumatında o da deyilir ki, İmamoğlunun biznes ortağı hesab olunan Ali Nuhoğlu da polisdən qaçarkən qandallanıb: "O, tutularkən maşınında 40 milyon TL pul aşkarlanıb"

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu İmamoğlu və 99 şübhəli barəsində “cinayətkar təşkilata liderlik etmək”, “cinayətkar təşkilata üzv olmaq”, “rüşvət alma”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “tenderi saxtalaşdırma” cinayətləri ilə bağlı istintaq başladılıb və onlar həbs ediliblər.

Firudin Səfərli
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA