Ermənistan Niderlandla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb

img

12-03-2025 [17:48]


Ermənistan və Niderland strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar.

Bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda niderlandlı həmkarı Kaspar Veldkamp ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

A.Mirzoyan bunu ikitərəfli münasibətlərdə "yeni mərhələ" adlandırıb.

Bəyannamə siyasi və iqtisadi dialoqdan əlavə, Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, regional və beynəlxalq nəqliyyat kommunikasiyalarının aktivləşdirilməsi istiqamətində birgə səyləri nəzərdə tutur.

Nazir bəyannamənin digər bir komponenti kimi kibertəhlükəsizliyin təmin edilməsi, hibrid təhdidlərə qarşı mübarizə üzrə birgə tədbirləri qeyd edib./Report

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA