32 yaşlı fələstinli İsrail hərbi maşınının altında qalaraq ölüb

img

11-03-2025 [15:55]


İşğal altındakı İordan çayının qərb sahilinin şimalında bir fələstinli İsrail hərbi maşınının altında qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Cenin şəhərində baş verib.

Məlumata görə, 32 yaşlı fələstinli Əhməd Fethi Əhməd Salah Cenində Əd-Dahiliyyə qovşağında motosiklet sürərkən İsrail ordusuna məxsus hərbi avtomobil tərəfindən vurulub: "Ağır yaralanan Salah aparıldığı İbn Sina Xəstəxanasında dünyasını dəyişib. Bununla da da son bir ayda burada başlayan gərginlikdə ölənlərin sayı 31-ə yüksəlib".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA