Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”: Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”i - FOTOLAR
07-02-2025 [10:52]
İctimaiyyətin də yaxından izlədiyi məhkəmə prosesi nəticələnib: “Thales” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, türk iş adamı Mehmet Şahan külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Türkiyəli iş adamının saxlanılması və həbs edilməsi prosesi boyunca Azərbaycan mətbuatı məsələni daim diqqət mərkəzində saxlayıb, onun həbsi ilə bağlı maraqlı detallar üzə çıxarıb.
Həbsə məhkum edildiyi ilk gündən etibarən Azərbaycan nümayəndəliyi vəzifəsini icra etdiyi şirkətdə ermənilərin rəhbərliyə gətirilməsi, həmçinin şirkətin mərkəzi ofisinin Fransada yerləşməsi, üstəlik, Şahanın Azərbaycan və Türkiyənin Fransa ilə münasibətlərinin kəskinləşdiyi dövrdə ittihamlarla üzləşməsi sual doğuran məqamlardan olub.
Prosesin gedişatına qısa nəzər
Mehmet Şahan 2021-ci ildə səbəbsiz yerə işdən çıxarılır. Şirkət buna səbəb kimi onun rəhbərliyə məlumat vermədən xarici ölkələrə səfər etməsinı göstərir. Bura qədər hər şey normal görünə bilər, lakin Mehmet Şahanı İspaniyaya dəvət edərək onunla görüş təşkil edən rəhbərlik iş adamının şəxsi telefonu ilə kompüterini zorla əlindən alaraq onu binadan çıxarıb. Ona qarşı edilən bu davranışın səbəbini anlamaqda çətinlik çəkən Mehmet Şahan yaşanan hadisə ilə bağlı öz haqqını aramaq üçün məhkəməyə müraciət edib. Qarşı tərəfə bununla bağlı bildiriş getdikdən sonra şirkət Şahanın 10 il azadlıqdan məhrum edilməsi ilə nəticələnən iddianı nədənsə məhz Azərbaycanda ortaya atıb.

Məhkəmə prosesi başladıqdan sonra isə Mehmet Şahanla çəkişməsi olan şəxslər şahidlik ediblər. Qəribəsi odur ki, ittiham olunan tərəf şahidlərin iş adamı ilə mübahisəsinin olduğunu bildirsə də, məhkəmə bu etirazı diqqətə almayıb və şahid ifadələri işə daxil edilib.
Maraqlıdır ki, şahidlər müxtəlif vaxtlarda nağdlaşdırılmış pul vəsaitlərini Mehmet Şahana verdiklərini bildiriblər, lakin müvafiq dövlət orqanının sənədlərinə əsasən, Şahanın qeyd edilən tarixlərdə Azərbaycanda olmadığı təsdiqlənib. Həmçinin ifadələrdə anlaşılan odur ki, şahid qismində dindirilən şəxslər iddia olunan vəsaiti heç bir halda Şahana birbaşa şəkildə çatdırmayıblar. Bununla belə, özləri nağdlaşdırıb, özləri pulları bankdan çəkən şahidlər “təkidlə” pul vəsaitlərinin Mehmet Şahana verildiyini bildiriblər. Şahid ifadələrində ziddiyyətli məqamların çoxluğu, onların yalan ifadə verdiklərinin başqa bir sübutudur. Həmçinin onların iddia etdikləri kimi, Mehmet Şahana vəsaitləri mənimsəmədə “yardımçı” olmaları halında həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi zərurəti ortaya çıxır ki, məhkəmə nədənsə bunun “üzərindən keçib”.
Bundan başqa, mənimsənildiyi iddia edilən vəsaitlərlə bağlı ittiham olunan tərəfin məhkəməyə təqdim etdiyi xərc sənədləri ekspertə təqdim edilməyərək işin gedişatının dəyişdirilməsinə şərait yaradılıb.
Üstəlik, məhkəmə ekspertizasının rəyi, hətta Baş Prokurorluğun öz ekspertlərinin rəyi ilə Mehmet Şahanın nümayəndəliyə rəhbərlik etdiyi dövrdə xərclənən vəsaitin sənədlərlə təsdiqləndiyi sübuta yetirilib və hər hansı mənimsəmə faktının olmadığı üzə çıxıb.
Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı müdafiə tərəfi olaraq Mehmet Şahanın işlədiyi dövr üçün “Thales” şirkətinin illik daxili audit rəylərinin tələb olunmasına rəğmən, həmin rəylər məhkəməyə təqdim olunmayıb. Şirkət rəhbərliyində təmsil olunan Herve Damman çağırılmasına baxmayaraq, hər bir vəchlə məhkəməyə gəlməkdən imtina edib. İstintaq zamanı müstəntiq tərəfindən onlayn ifadəsi alınan Dammanın mütləq şahid qismində ifadəsini zəruri hesab edən məhkəmə sədri Kamran Muxtarov aylarla məhkəmə prosesini uzadıb. Vəkilləri tərəfindən yazılı ərizə ilə “vaxtı olmadığı” bildirilən və bu prossesdə iştirak etmək istəmədiyini qeyd edən Damman isə bu müddət ərzində Ermənistanda səfərdə olub və bədnam qonşumuza silah-sursat hədiyyə edib. Məhkəmə isə sanki onun təsirindəymiş kimi Damman üçün uyğun vaxtın gəlib yetişməsini gözləyib.
Əslində, Mehmet Şahan heç bir halda Herve Dammana tabe deyildi və onun birbaşa nəzarətində işləmirdi. Bununla yanaşı, Damman onlayn ifadəsi zamanı iddia edilən mənimsəmə hallarından xəbərsiz olduğunu vurğulayıb və hətta ifadə verərkən qarşısındakı sənədləri oxuyaraq danışdığı açıq şəkildə hiss olunurdu. Onun məhkəmə prosesi ilə qeyri-ciddi yanaşdığı, üz ifadəsində və jestlərində prosesi sanki bir tamaşa kimi izlədiyi aydın görünürdü.
Sədr tərəfindən böyük ehtiram göstərilən ermənipərəst Herve Damman məhkəmədə bir daha onlayn şəkildə ifadə verib. Şirkət tərəfindən Şahanın işdən çıxarılması və onun elektronik əşyalarının ələ keçirilməsi fonunda ofisə daxil olmasına qadağa qoyulmasından sonra iş adamının günahsızlığını daha da möhkəmləndiriləcək bir sıra sənədlərin “yoxa çıxması” “Thales” rəhbərliyinin dəlilləri məhkməyə təqdim etməkdən yayınması kimi dəyərləndirilməlidir. Belə bir beynəlxalq şirkətin mühasibatlıq sənədləri necə yoxa çıxa bilər? Cavablandırılmaıs vacib suallardan biri də budur.




Məhkəmədə ifadə verən şahidlərin anlatdıqları arasındakı ziddiyyətlər, “Thales”in istintaq və məhkəmədən bütün rəsmi sənədlərin orijinallarını gizlətməsi, həmçinin mühasibat sənədlərinin məhv edilməsi, işlə əlaqədar maliyyə sənədləri ilə bağlı verilmiş ekspert rəylərinin Mehmet Şahanın lehinə olması fonunda o nə üçün 10 il azadlıqdan məhrum edildi?
Ermənilərlə sıx əməkdaşlıqda olduğu artıq təsdiqlənən, Emrənistanın eks-prezidenti Serj Sarkisyanla yaxın dostluq münasibətləri olan Pier Matyu Mehmetin Şahanı etnik kimliyinə görə “aradan götürmə” niyyəti bu məqamda üzə çıxır. Burada təəssüflə qeyd edilməlidir ki, Matyu bunu “sapı özümüzdən olan baltalar”la həyata keçirib. Belə ki, sözügedən işdə şahid kimi dindirilən və Mehmet Şahanla mübahisəsi olan Oyrat Tağıyev və Arif Quliyev ermənipərəsət fransızların yanında yer alaraq Şahanın həbsə göndərilməsində xüsusi rol oynayıblar.
Buradan aydın olur ki, erməni lobbiçilərinin və dostlarının təsiri ilə türk iş adamını ləkələyən fransızların əli Azərbaycanın məhkəmə orqanlarına qədər uzanıb.
Hakimlərdən ikisinin Mehmet Şahanın həbs edilməsi ilə bağlı fikir birliyinə varması fonunda digər hakimin xüsusi rəy verərək, ona bəraət verilə biləcəyi qənaətində olduğunu bildirməsi dəqiq müddəalara əsaslanan hüquq sistemində bir-birinə tamamilə zidd iki ayrı qərarın verilə bilmə ehtimalını sıfırlayır.
Xüsusilə də prosesə sədrlik edən hakim Kamran Muxtarovun qərarları və mövqeyi açıq şəkildə qərəzli olub və onun ermənipərəst dairələrlə əlaqəsinin olması şübhə yaradır. O, məhkəmə prosesi zamanı müdafiə tərəfinin təqdim etdiyi sübutlara laqeyd yanaşıb, lakin ittiham tərəfinin zəif və qeyri-müəyyən dəlillərini heç bir əsas olmadan qəbul edib. Məhz Muxtarovun təkidi ilə müdafiə tərəfinin sübutlarının əksəriyyəti nəzərə alınmayıb.
Hakimin qərarlarında göstərdiyi tərəfkeşlik və konkret olaraq fransız və erməni maraqlarına xidmət edən şəxslərə verdiyi dəstək ehtimalı görünürdü. Hətta prosesin gedişində bəzi şahidlərin ifadələrində uyğunsuzluqlar ortaya çıxdığı halda, Muxtarov bunları araşdırmaq əvəzinə, onları qəbul edərək Mehmet Şahan əleyhinə istifadə etməyə üstünlük verib.
Qarşı tərəfin vəkilinin işdən çəkilməsi də ayrı bir mövzudur.
Yuxarıda qeyd edilənlərlə birlikdə bu faktın özü belə Mehmet Şahanın şərə qurban getdiyini və bu iftiranın müvafiq instansiyalar tərəfindən təsdiqləndiyini və işin yenidən hərtərəfli şəkildə araşdırılmalı olduğunu deməyə əsas verir.
Bu prosesdə ədalət prinsipinin pozulması və məhkəmənin konkret siyasi və xarici maraqlara uyğun hərəkət etməsi Azərbaycanda hüquqi sistemin müstəqilliyinə ciddi kölgə salır.
www.yenicag.az
Trampın İranın dini liderinin yerinə namizədi var: "Hələlik çox şey demək istəmirəm" - "İndi orada əvvəlki gündən hər şey daha asandır"
İraqda üç günlük matəm elan edildi - Xameneinin ölümünə görə
Sabah hava necə olacaq? - Proqnoz
SEPAH-ın öldürülən komandanı... - Yerinə təyinat olub
MEDİA jurnalistlərə müraciət edib
Daha 30 nəfər Azərbaycan vətəndaşı İrandan təxliyə olunub
İranın ali dini rəhbəri və yüksək vəzifəli şəxsləri öldürülüb! - 40 GÜNLÜK MATƏM ELAN OLUNDU (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı