Fors-major və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının müqayisəli təhlili - Aysu Nəbizadə yazır
06-02-2025 [21:49]
Məlumdur ki, tərəflər arasında yaranan müqavilə münasibətlərində qarşısıalınmaz hallarda münasibətlərin xarakterini tənzimləmək məqsədilə fors-major müddəalarına yer verilir. Force majeure üstün güc mənasını verir.Bu ifadə həm təbii hadisələri, həm də insan hərəkətlərini də ifadə edir.
Fors-major hal hesab edilən hadisələrin müqavilədə sadalanması zəruridir. Belə ki, doktrinada fors-major hal hesab edilən hadisələrin yalnız müqavilədə sadalananlardan ibarət olacağı bildirilir. Kel Kim Corp. v. Central Markets, Inc. işində fors-major maddələrinin dar bir şəkildə təfsir edilməli olması və yalnız müqavilədə açıq şəkildə qeyd edilən hallarla məhdudlaşmalı olmasına qərar verilmişdir.
Praktikada müqavilədə qeyd olunan fors-major halların dairəsinə düşən hadisələrin baş verməsi hallarında məhkəməyə müqavilənin ləğv edilməsi iddiası ilə müraciət edilir. Bu zaman tərəflər şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halına istinad edərək hüquqi əsaslandırma həyata keçirirlər. Bununla da fors-major halı ilə şəraitin əhəmiyyətli dərəcədə eyniləşdirilməsi və ya onlar arasındakı dəqiq sərhədlərin müəyyən olmaması kimi hallar meydana gəlir.
Qeyd etmək lazımdır ki, Mülki Məcəllədə fors-major halına yer verilməmişdir. MM-in 422-ci maddəsində isə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, 423-cü maddəsində isə bu hal baş verdikdə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi ilə bağlı müddəalara yer verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir.
Mövcud formalaşmış mövqeyə əsasən fors-major baş verdikdə öhdəliklərin icrası mümkünsüz olur, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə icra çətin şərtlərlə də olsa mümkün olur.
Deməli fors-major qabaqcadan görülməz, qarşısı alına bilməyən, ehtiyati tədbirlər görülsə belə qarşısı alınması mümkün olmayan, baş vermə nəticəsində icranın mümkün olmaması nəticəsi yaradan və borclunun təqsiri ilə müşahidə olunmayan hadisədir. Şəraitin əhəmiyyəti dərəcədə dəyişməsi halında isə əvvəlkimdən fərqli cəhəti icra olduqca çətinləşmiş halda olsa da mümkün olur.
Məsələn, A MMC təlim xidmətlərini həyata keçirən icraçıdır. B isə bu xidmətlərdən yararlanan sifarişçidir. Baş verən qarşısıalınmaz hal (təlim keçirilən yerdə yanğın baş verir) nəticəsində əyani şəkildə keçirilən təlim xidmətini həyata keçirmək mümkün olmur. Bunun nəticəsində tərəflər əyani yox, onlayn şəkildə müqavilə münasibətlərini davam etdirmək barədə razılığa gəlirlər. Buradan da görünür ki, əslində fors-major hal kimi nəzərdə tutulan hadisə baş versə də, icra mümkünsüz hesab olunmadı. Həmin hadisə icranı mümkünsüz hesab etsə idi fors-major hal hesab olunacaqdı. Amma icra mümkünsüz olmayıb dəyişmiş şəraitə uyğunlaşdığından həmin hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halıdır.
Nəticələri:
1.Fors-major hal baş verdikdə, müqavilənin şərtlərinə baxmaq lazımdır. Müqavilə icra mümkün olmama nəticəsində həmin an da xitam ola bilər, yaxud icra təxirə salına bilər. Təxirə salındıqda vəziyyət bir müddət sonra aradan qalxmadıqda, xitama gedilə bilər. (müqavilə şərtləri əsasında). MM-in 556-cı maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.
Deməli icra mümkünsüz olması nəticəsində kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edir. Türk Borclar Qanunun 136-cı madddəsində də qeyd olunur ki, borcun icrası borclunun təqsiri olmayan səbəblər üzündən mümkünsüzdürsə, borc sona çatır. Qarşılıqlı borc yükləyən müqavilələlərdə mümkünsüzlük səbəbi ilə borcdan azad olan borclu qarşı tərəfdən almış olduğu icranı əsassız varlanma səbəbi ilə geri verməyə borcludur.
Öhdəliyin icra olunmaması nəticəsində dəyən zərərdən azad olma məsələsi. Borclu şəxsin fors-major hala istinad edərək məsuliyyətdən azad olması xəbərdarlıq edib-etməməsinə bağlı olacaqdır. Bunun əsas səbəbi vaxtında xəbərdarlıq müqavilənin qarşı tərəfini icra olmama nəticəsində dəyəcək zərərlərdən maksimum şəkildə qorunması məqsədindən irəli gəlir. Xəbərdarlıq etməyən şəxs dəyəcək olan zərərin əvəzinin ödənilməsindən də azad olmayacaqdır. (MM 448.4)
Qeyd edildiyi kimi baş verən hadisə nəticəsində icra çətin şərtlərlə mümkün olursa, artıq bu hal icradan (öhdəlikdən) azad olma və müqavilənin birbaşa ləğvi nəticəsini doğurmur. Çünki bu hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab olunur. Bu zaman da müqavilə şərtlərinə baxmaq lazımdır. Müqavilədə dəyişmiş şəraitə uyğunlaşma müddəasına da yer verilə bilər.(bununla da tərəflər razılaşmış hesab olunur ki, məhkəməyə dəyişdirmə və ya ləğv üçün müraciət edilməsi üçün əsas aradan qalxmış olur. Yaxud belə şərt olmasa da, tərəflər əlavə razılığa gələ bilərlər.Məsələn yuxarıdakı misalda tərəflər sonradan dəyişmiş şəraitə uyğunlaşdırdılar. MM 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Dəyişmiş şəraitə uyğunlaşma ilə bağlı müddəaya yer verilməmişdirsə və ya razılıq əldə edilmədikdə müqavilə tərəfi artıq çətin şərtlərə görə müqavilənin ləğvi və dəyişdirilməsi məqsədilə MM-in 422-423-cü maddəsində nəzərdə tutulan hərəkətləri icra edir.
“422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:
422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;
422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;
422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;
422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.”
Beləliklə, yaranan situasiyanı icranın mümkün olub-olmaması baxımından qiymətləndirməli və ona müvafiq müqavilədə və qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməlidir.
Aysu Nəbizadə,
Hüquqşunas
Trampın İranın dini liderinin yerinə namizədi var: "Hələlik çox şey demək istəmirəm" - "İndi orada əvvəlki gündən hər şey daha asandır"
İraqda üç günlük matəm elan edildi - Xameneinin ölümünə görə
Sabah hava necə olacaq? - Proqnoz
SEPAH-ın öldürülən komandanı... - Yerinə təyinat olub
MEDİA jurnalistlərə müraciət edib
Daha 30 nəfər Azərbaycan vətəndaşı İrandan təxliyə olunub
İranın ali dini rəhbəri və yüksək vəzifəli şəxsləri öldürülüb! - 40 GÜNLÜK MATƏM ELAN OLUNDU (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı