"Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb" - Məşhur cərrah həbs olunan həmkarı ilə bağlı sualları cavablandırdı
31-01-2025 [16:52]
"Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb. Heç bir həkim belə bir hadisənin baş verməsini istəməz. 20 minə yaxın əməliyyat etmiş bir cərrahın səhv etməyi mümkünsüzə yaxındır. Ekspertiza rəyi tam hazır olmadan həbs olunması isə bütün həkimləri məyus edib”.
Mia.az-ın məlumatına görə, bunu “Unikal”a müsahibəsində burun əməliyyatından sonra komaya düşərək vəfat etmiş Nəzrin Mansurlunu əməliyyat edən həkim Sənan Mehdiyevin həbsi barədə danışan həmkarı Pərviz Aslanov deyib.
Cərrah Dr. Pərviz Aslanov qeyd edib ki, Sənan Mehdiyevin həbsi ilə əlaqədar vəkillərin dediyinə görə ekspertiza qarşısında qoyulan 9 sualdan 6-sına hələ cavab verilməyib: “Əməliyyatdan bir gün sonra kafi vəziyyətdə evə gedən Nəzrin təcili tibbi yardım həkimlərinin ev şəraitində vurduğu dərmanlar, başqa həkimlərin təyinatı, digər klinikada aparılan müalicə ilə bağlı məlumatsızıq. Ev şəraitində xəstəyə sistemlər qoşulub, təyinatı kimin verdiyi açıqlanmır. Baş ağrıları olan Nəzrinin vena daxilinə yeridilən dərmanlardan sonra vəziyyəti daha da ağırlaşıb. Məncə, mərhumun patoloji anatomiya müayinəsində Sənan həkimin də iştirakı təmin olunmalıydı. Dünya təcrübəsində ölüm səbəbini araşdıran həkim qruplarında müvafiq ixtisas sahibləri mütləq şəkildə iştirak edir”.
Pərviz Aslanov bildirib ki, Kompüter Tomoqrafiya (KT) müayinəsinə görə hipoksik beyin ölümü baş verib, beyin ölümünün səbəbi isə rinoplastika deyil: “Ölkəmizdə cərrahi əməliyyat zamanı məsuliyyətin yalnız cərrahın üzərinə düşməsi adi haldır və səhvdir. Əməliyyat bir komanda işidir. Xəstəxana, laboratoriya, sterilzasiya, əməliyyatxana, reanimasiya, bir sözlə bütün tibbi personal məsuliyyəti bölüşməlidir. Mənə elə gəlir ki, məhkəmə tibbi eskpertizanın yekun rəyi bütün suallara tam aydınlıq gətirəcək”.
“Heç bir əməliyyat risksiz deyil”
Pərviz Aslanov qeyd edib ki, Nəzrin Mansurlu ilə bağlı ilkin rəydə alın sümüyündə sınıq olması haqqında deyilib: “Lakin KT-də nəticə belə qeyd olunub: “Kəllə sümüklərində sınıq və destruksiya izləri müşahidə olunmur”. Burun və kəllə sümüklərinin sınığı nəticəsində mütləq ölüm olur deyə bir şey də yoxdur. Və ya ölüm meningitdən olubsa, yenə cərrahı günahlandırmaq düzgün deyil. Cərrah meninqokları cibindən çıxarıb xəstənin kəllə boşluğuna keçirməyib. Baş-beyin, ağız boşluğu əməliyyatlarından sonra pasiyentlərdə bakteriemiya, septisemiya, septik şok kimi ağırlaşmalar ola bilər”.
Həkim onu da vurğulayıb ki, meningit, sepsis, septik şok kimi ciddi səbəblərdən 3-5 gün ərzində ölüm baş vermir: “Adətən, belə qısa müddətli ölümlərin səbəbi tromboz, trombemboliya olur. Klinik gedişat tromboza uyğundur. Tromboz cərrahi ölümlərin 2% təşkil edir və bundan kimsə sığortalanmayıb”.
Pərviz Aslanova görə, pasiyentin əməliyyatdan sonra öz ayağı ilə xəstəxanadan çıxışı əməliyyatın uğurlu nəticələndiyinin sübutudur: “Cərrahın peşəkarlığına və etik dəyərlərinə uyğun olaraq heç bir əməliyyat risksiz deyil, önəmli məqam həkimin öz sahəsində ən yaxşısını təqdim etməsi və pasiyentə yüksək keyfiyyətli tibbi xidmət göstərməsidir. Qeyd edim ki, əməliyyat sonrası ağırlaşmalar dünyanın hər yerində var”.
“Əgər komplikasiyalar əməliyyatdan sonra düzgün müalicə və izləmə ilə bağlıdırsa, cərrah məsuliyyət daşıya bilər. Lakin bəzi hallarda pasiyentin əməliyyat sonrası izləmə dövründə və ya evə getdikdən sonra etdiyi yanlış hərəkətlər, eləcə də digər amillər komplikasiyalara səbəb ola bilər və bu hallarda cərrahın məsuliyyəti olmur. Bu cür məsələlərdə mütləq hüquq və tibb mütəxəssisləri ilə məsləhətləşmək vacibdir”- deyə, həkim qeyd edib.
“Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır”
“Heç bir həkim xəstəsinin ağırlaşmasına sevinmir. Əksinə onunla birgə üzülür, məhv olur, sınır. Tibbdə heç vaxt 100 faizlik nəticə yoxdur. Bəzən hər şeyə rağmən alınmır, gücün çatmır, fəsadlaşmanın qarşısını almaq səndən asılı olmur...”- deyən həkim qeyd edib ki, pinoplastika planlı əməliyyatdır: “Dünya təcrübəsinə də baxsaq görərik ki, bu əməliyyatdan sonra ölüm təyyarə qəzası qədər nadir rast gəlinən hadisədir. Sənan doktorun həkimlik fəaliyyətində uğurlu əməliyyat nümunələri saysızdır. Rinoplastika estetik cərrahiyyə əməliyyatıdır və hər bir əməliyyat özünə məxsus risklər daşıyır.
Həkim pasiyentə fərdi yanaşır, əməliyyatın nəticələrini daha da yaxşı etmək üçün müasir texnalogiya və təcrübələrdən istifadə edir. Lakin bütün əməliyyatlarda olduğu kimi fəsad və ağırlaşmaların az olmasına baxmayaraq, həmişə risklər qaçılmazdır. Ən vacib məqam komplikasiyaların səbəbləri və bunların necə idarə olunmasıdır. Ölümün səbəbi həmişə əməliyyatla bağlı olmaya bilər və bunun müəyyən edilməsi üçün daha ətraflı tibbi qiymətləndirmə tələb olunur. Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır”.
Rinoplastika əməliyyatında hansı risklər var?
Pərviz Aslanov bildirib ki, rinoplastika estetik və funksional məqsədlə icra olunan burun əməliyyatıdır: “ Hər bir cərrahiyyə əməliyyatı kimi rinoplastikada da risklər var. Bunlardan bəzilərini qeyd etmək istəyirəm. Əməliyyat sonrası infeksiya əsasən antibiotiklərlə müalicə olunur. Burun qanaxmaları adətən çox cüzi olur, sürətlə dayandırılır. Nadirən buruna tampon qoyulur. Anesteziya ilə əlaqəli risklər, ürək ritminin pozulması və ya tənəffüs problemləri kimi hallar da mümkündür. Burun estetikası ilə bağlı əməliyyatdan sonra psixoloji dəyişikliklər də yarana bilər. Pasiyentlər gözlədikləri və ya mümkün ola bilməyən nəticənin əldə etmədikdə, bu onların emosional vəziyyətinə təsir göstərə bilər.
Son olaraq allergik reaksiyaları qeyd etmək istəyirəm. Xəstə müəyyən dərmanlara, gipsə və digər tibbi materiallara qarşı allergik reaksiya verə bilər. Həkimlər əməliyyatdan əvvəl pasiyenti risklər barədə tam məlumatlandırır. Hətta müəyyən yazılı sənədləri oxuyub imzalamaq üçün təqdim edirlər”.
“Ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi”
Pərviz Aslanova görə, Azərbaycanda həkim işləmək özü bir qəhrəmanlıqdır: “Müraciət edən pasiyentlərin çoxu həkimdən zəmanət tələb edir. Bu hadisə ilə bağlı aparılan müzakirələrdən də görünür ki, baş verən hadisə Azərbaycan həkimində bir ruh düşkünlüyü yaradıb. Hər gün yüzlərlə həkim Sənan doktorun həbsini pisləyir, ağır xəstəni əməliyyat etməkdən çəkindiklərini və bir gün özlərinin də həbs olunma təhlükəsindən yazırlar. Bu çox mənfi bir tendensiyadır. Baş verən hadisə ciddi araşdırılmalı, ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi”.
Pərviz Aslanov deyib ki, əgər dünya və Avropa təcrübəsinə baxsaq, məsələn Avropa qanunlarına əsasən Konvensiya 3-cü şəxslərə qarşı cinayət işinin qaldırılmasını tələb etməsə də, 2-ci maddə (yaşamaq hüququ) yaradılması tələb olunan effektiv məhkəmə sistemi cinayət hüququna müraciət tələb edə bilər, bəzi hallarda isə etməlidir:” Lakin əgər yaşamaq hüququnun pozulması qəsdlə əhatə olunan əməllərin nəticəsində baş verməyibsə, 2-ci maddə ilə nəzərdə tutulan effektiv məhkəmə sisteminin yaradılmasına dair pozitiv öhdəlik hər bir halda cinayət hüquqi vasitələrdən istifadəni tələb etmir.
Konkret olaraq, Almaniyada bir həkimin həbs olunması üçün tam araşdırma aparılmalı və sübut olunmalıdır ki, həkim tibbi standartları pozub və ya onun hərəkətləri məqsədli olub, məsələn, xəstənin vəziyyətin gizlətmək. Hətta belə hallarda qərar çıxana kimi həkim nəzarət altında və ya məhdudiyyətlə işləməyə davam edə bilər. Bu hadisə ilə bağlı araşdırma edərkən indiyədək dünya praktikasında cərrahi ağırlaşmaya görə hansısa həkimin həbsi ilə bağlı heç bir fakta rast gəlmədim”.
“Həkimlərin hüquqlarını qoruyan peşəkar təşkilatlar yaradılmalıdır”
Cərraha görə, həkimlərin hüquqları qorunmasa, hər il xarici ölkələrə üz tutan həkimlərin sayı daha da arta bilər: “2022-2023-cü illərdə 3000-ə yaxın azərbaycanlı həkim Almaniyada çalışmaq üçün bütün baryerləri keçib. 2024-cü ilin nəticəsi bu il açıqlanacaq. Ən pis halda Azərbaycan Tibb Universitetini bitirən kimi uzmanlıq təhsili üçün Türkiyəyə gedirlər və böyük əksəriyyəti geri qayıtmır. Bütün bunları nəzərə alaraq həkimlərin hüquqlarını qoruyan peşəkar təşkilatlar yaradılmalı, həkimlərin peşə məsuliyyətinə dair sığorta sistemi tətbiq olunmalı və digər əməli addımlar da atılmalıdır”.
Qeyd edək ki, Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.
ADNAN ƏLİZADƏNİN NƏ QƏDƏR SƏRVƏTİ VAR? - Şok rəqəm açıqlandı
Aparıcı Nailə Əkbərova vəfat edib
Hikmət Hacıyev: "Biz sülhü təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə qururuq"
"Xəbər bizi olduqca kədərləndirdi" - İlham Əliyev
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama