"İranə, sən nə günə düşmüsən? - Millimizin üzvü narkotik aslılığından əziyyət çəkir + VİDEO

img

30-01-2025 [17:49]


Azərbaycan həndbol yığmasının sabiq üzvü İranə Yaqubova narkotik vasitələrdən istifadə edirmiş.

Bu barədə tanınmış bloqer Nail Kəmərli paylaşım edib.

Paylaşımda “Azəryol” və ABU klublarında çıxış etmiş həndbolçu özü danışıb və narkotik vasitələrdən əziyyət çəkdiyini etiraf edib: “Mən necə düşmüşəm, bilmirəm. Hərdən özümə oturub baxanda deyirəm ki, İranə, sən nə günə düşmüsən? Belə olmamalı idin. İdmana qayıtmaq istəyirəm. Yuxuda da görürəm ki, idmana qayıdıram, məşq edirəm, qollar vururam”.

Qeyd edək ki, İ.Yaqubova 20 ilə yaxın həndbolla məşğul olub. O, hücumçu kimi milli komandamızda da çıxış edib.

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA