Niyazi Mehdi xəstəxanaya yerləşdirilib

img

30-01-2025 [13:33]


Tanınmış filosof, tənqidçi Niyazi Mehdi xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə APA-ya onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.

O, Niyazi Mehdinin bir müddət əvvəl vəziyyətinin pisləşdiyini və xəstəxanaya yerləşdirildiyini bildirilib: “Ayağında qanqrena başladı. Həkimlərin məsləhətləşmələrindən sonra barmağının amputasiya edilməsi qərarı verildi. Əməliyyatdan sonra vəziyyəti nisbətən stabilləşib”.

Həyat yoldaşının hazırda reanimasiyada olduğunu deyən Dilarə Mehdi onun bu gün palataya köçürülməsinin gözlənildiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA