UNEC-in Dərbənd filialının məzunlarına diplom niyə verilmir? - Açıqlama

img

27-01-2025 [12:01]


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.

Mia.az-ın məlumatına görə, bu barədə UNEC-dən Report-a bildirilib.

Qeyd olunub ki, məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.

Xatırladaq ki, filialın 2023-2024-cü tədris ili üzrə məzunları sosial şəbəkədə diplom ala bilmədikləri barədə məlumat yayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA