Nazir müavini tədbirdə vəzifədən azadolunma xəbərini eşidib və dərhal...

img

16-01-2025 [23:05]


Xəbər verdiyimiz kimi, gənclər və idman nazirinin müavini Mariana Vasileva tutduğu vəzifədən azad olunub. 

Məlumata görə, o, bu gün gənclər və idman naziri Fərid Qayıbovla birgə Şamaxı və Qobustan rayon sakinləri ilə görüşdə iştirak edib. Vətəndaşlarla görüşdə olan zaman M. Vasilevaya zəng gəlib və ölkə başçısı tərəfindən işdən azad olunduğu bildirilib.

Bu xəbəri məyusluqla qarşılayan xanım Vasileva Bakıya geri dönməli olub. 

Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunmuşdu(Unikal).  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA