Xırdalanda mənzildə partlayış: yaralılar və dağıntı var - VİDEO

img

22-12-2024 [21:32]


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Mia.az FHN-ə istunadla xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA