Xaçmazın polis rəisi təqaüdə göndərildi - Yeni təyinat

img

21-12-2024 [17:20]


Xaçmaz rayonuna yeni polis rəisi təyin olunub.

Məlumata görə, müvafiq əmrlə polis polkovniki Samir Məcidov Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.

Qeyd edək ki, S. Məcidov daha öncə Gəncə şəhər Baş Polis İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Yeni rəis Xaçmaz rayonunda artıq işə başlayıb.

Xaçmaz RPŞ-nin rəisi, polis polkovniki Həmid Həsənov isə digər əmrlə xidmətdə olmanın son həddi ilə əlqədar olaraq təqaüdə göndərilib(Qafqazinfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA