Komitə sədri generalın oğlunu vəzifədən çıxarıb

img

20-12-2024 [14:10]


Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.

Bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. R.Zalovun təqaüdə göndərildiyi bildirilir.

Qeyd edək ki, https://customs.gov.az saytında Rəşad Zalovla bağlı məlumatlar da götürülüb.

 Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998–2022), polis general-leytenantı Oruc Zalovun oğludur(Bakupost.az)

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA