“Avrasiya Hospital”da bədbəxt hadisə baş verib

img

16-12-2024 [14:03]


Dünən gecə saatlarında Nəsimi rayonu Həsən Əliyev küçəsində yerləşən “Avrasiya Hospital”da bədbəxt hadisə baş verdiyi məlumatı yayılıb.

Qeyd olunur ki, xəstəxananın liftinin qırılması nəticəsində 1978-ci il təvəllüdlü paytaxt sakini Rəhman Əlisəfa oğlu Məmmədov xəsarət alıb.

Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı hospitalla əlaqə saxlayıb. Xəstəxanadan məlumatın doğru olmadığı iddia edilib.

Baş Prokurorluqdan isə sorğumuza cavab olaraq bildirilib ki, məsələ hazırda araşdırılır və qısa müddətdə rəsmi məlumat veriləcək.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA