23-07-2014 [17:37]
Soltan bildirirb ki, "ATV” kanalında yayımlanan serialın ssenarisi ona məxsus olsa da, serialın rejissoru İntiqam Hacılı onun qanorarını ödəmir:
"Hörmətli Vüqar müəllim!
İyulun 21-i Sizin qəbulunuza gəlmişdim. Məni qəbul etmədiniz. Ondan əvvəl və sonra da telefon zənglərimə də cavab vermədiyinizə görə, sizə mətbuat vasitəsilə müraciət etməyə məcbur oldum. İyulun 22-i Mətbuat günü idi deyə (Sizin də, mənim də bayramım), qanınızı qaraltmaq istəmədim. Müraciəti bu gün yaydım.
Görüşmək, danışmaq istəməkdə məqsədim keçən mövsümdə rəhbərlik etdiyiniz kanalda yayımlanmış "Qız yükü” serialı ilə bağlı yaranmış situasiya haqqında Sizə məlumat vermək və məsləhət almaq idi.
Belə ki, "Qız yükü” serialının adını mən qoymuşam. Sinopsisini mən yazmışam. İlk 7 seriyasının müəllifi də mənəm. 7 seriyadan sonra serialın rejissoru İntiqam Hacılının işinin keyfiyyətindən, çəkiliş prosesinə münasibətindən və s. narazı qaldığıma görə, onunla işləməkdən imtina etdim. Bu qərarı verməzdən əvvəl şirkətinizə gəlib Vado Karovinə də narahatçılığımı bildirdim. V.Korovin isə, serialın rəhbəri olaraq yalnız İntiqam Hacılını tanıdığını bildirdi.
Qeyd edim ki, İ.Hacılının işindən narazı qalan və çəkiliş qrupunu tərk edən yalnız mən olmamışam. Əsas rollarda çəkilən aktyorların da bir qrupu 5-6-cı seriyalardan sonra serialı tərk edib. Bunu serialın həmin serialarına baxmaqla da təsdiq etmək olar.
Müəllifi olduğum ssenari əsasında serial çəkən İntiqam Hacılı mənimlə heç bir əmək müqaviləsi bağlamadığına və gördüyüm işin qonorarını tam ödəmədiyinə görə, onun barəsində sakini olduğu Biləsuvar rayon Məhkəməsinə iddia ilə müraciət etmişəm. Çünki, Azərbaycan dövlətinin qanunvericiliyi hər bir işçi ilə əmək müqaviləsi bağlanmasını tələb edir.
14 iyul 2014-cü il tarixdə keçirilən məhkəmə iclasında İntiqam Hacılı məsuliyyəti öz üzərindən ataraq, mənimlə ATV kanalının müqavilə bağlamalı olduğunu və qonorarımı da məhz şirkətin verməli olduğunu bildirdi.
Mən məhz bu məsələyə aydınlıq gətirmək üçün Sizinlə görüşmək və məsləhət almaq istəyirdim, hörmətli Vüqar müəllim.
Hamıya məlumdur ki, seriallar ölkə başçısının bu işə ayırdığı vəsait hesabına çəkilir. Mənim bir tamaşaçı, bir vətəndaş, üstəlik bir jurnalist kimi adıçəkilən serialın çəkilişlərinə nə qədər vəsait ayrılması və həmin vəsaitin necə xərclənməsi haqqında informasiya almaq hüququm var. Amma mən Sizdən bunu soruşmağa gəlməmişdim. Çəkiliş qrupunda İntiqam Hacılının yaratdığı mifə görə, ona serialın çəkilişlərinə ayrılan vəsaitin yarısından da bir qədər azı verilir və ona görə də, kanal rəhbərliyi onun arxasında durur.
Mən sadəcə və sadəcə, mənim qələmimdən çıxmış ssenari əsasında çəkilmiş, yayılmış, reytinq qazanmış, reklam və s. qazanc gətirmiş serial üçün ölkə başçısının ayırdığı vəsaitdən öz payımı istəyirəm. Əvvəlcədən danışılıb razılığa gəldiyimiz məbləğdə. Nə az, nə çox.
Və bu məsələdə Sizin yox, V.Korovinin də dediyi kimi, ATV şirkətinin tanıdığı rejissor İntiqam Hacılının məsuliyyət daşıdığını düşünürəm.
Növbəti məhkəmə iclası 2014-cü il avqustun 4-ə təyin olunub. O vaxta kimi bilmək istərdim ki, siz nə düşünürsünüz?".
qafqazinfo
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR