Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi jurnalistlər üçün mətbuat konfransı keçirib. Maraqlı haldır ki, bu mətbuat konfransı teatrın tarixində bir ilkdir.
21-07-2014 [14:15]
Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi jurnalistlər üçün mətbuat konfransı keçirib. Maraqlı haldır ki, bu mətbuat konfransı teatrın tarixində bir ilkdir.
Tədbirdə ölkənin və Sumqayıtın 30-dan artıq müxtəlif media nümayəndəsi iştirak edib. Cari ilin mart ayında Sumqayıt teatrına direktor təyin olunan İslam Həsənov ötən mövsüm Fətəli Axundzadənin "Molla İbrahimxəlil Kimyagər”, Əziz Nesinin "Öldür məni can-ciyər”, Jan Anuyun "Antiqona” əsərlərinə hazırlanan tamaşalardan söz açıb, teatrın səfərləri haqda jurnalistlərə məlumat verib. O söyləyib ki, Sumqayıt teatrı iyulun 6-11-i tarixində Gürcüstanın Kutaisi şəhərində sözügedən şəhərin merinin dəvəti ilə qastrol səfərində olub. Səfərdə Con Patrikin "Qocanı öldürməliyik” tamaşası göstərilib. Gürcü tamaşaçılarının və sənət adamlarının baxdığı bu tamaşa çox yüksək dəyərləndirilib.
Teatr mövsümünün bağlanışı da məhz bu tamaşa ilə baş tutub.
İ.Həsənov Sumqayıt teatrının yeni mövsümə planlaşdırdığı tamaşalardan da danışaraq vurğulayıb ki, onların rejissorlarının bir qismi əcnəbilər olacaq. Direktor qeyd edib ki, yeni mövsümdə Qoqolun "Çiçəkovun səyahəti” (Ukraynadan dəvət olunacaq rejissor Arkadiy Netolyukun quruluşunda), Qurban Səidin "Əli və Nino” (Gürcüstandan dəvət olunacaq rejissor Zurab Pxokadzenin quruluşunda) V.Şekspir "Otello” (Bolqarıstandan dəvət olunacaq rejissor Xristo Stoyçevin quruluşunda),
Alber Kamyunun "Kaliqula” (quruluşçu rejissoru Respublikanın əməkdar artisti Firudin Məhərrəmov), H.Mirələmov "Vicdanın hökmü” (quruluşçu rejissoru Namis Şirməmmədov), Harold Pinter "Sevgili” (quruluşçu rejissoru Vasif Məmmədov) əsərlərinə hazırlanan tamşalar nəzərdə tutulub.
Qeyd olunub ki, Sumqayıt teatrı sentyabr ayında özünün 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırır.
Teatra yeni təyinatdan sonra tetarda uzun müddət oynanılmayan tamaşa bərpa olunub, eləcə də həftədə 4 dəfə olaraq axşam tamaşalarının oynanılması təşkil edilib. Bu da istər istəməz Sumqayıt tamaşaçılarının teatra axınını müəyyən qədər bərpa edib.
Görüş qarşılıqlı sual-cavab əsasında keçirilib.Sonda direktor məlumat verib ki, Sumqayıt teatrının ABŞ, Hindistan, Bolqarıstan və Türkiyə kimi bir çox xarici ölkələrə festival və qastrolları gözlənilir.
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR