Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-12-2024 [00:01]
Qoç - əvvəllər planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.
Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya mübadiləsi üçün əlverişlidir. Aldığınız məlumatları təhlil edin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Buğa - günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikayətlənməyin.
Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər.
Günün ikinci yarısında yorulacaqsınız. Özünüzü taqətdən salmayın. Müəyyən işləri ertəmələk olar.
Yolda çox vaxt keçirməyin.
Əkizlər - maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın.
Yeni layihələrin reallaşdırılmasını ertələyin. Günün ikinci yarısında uzunmüddətli səfərə çıxmayın.
Axşam saatlarını sakit şəraitdə, ailə üzvləri ilə birlikdə keçirin. Sevdiyiniz insan sizi dəstəkləyəcək. Subaysınızsa, aradığınız insanı tapacaqsınız.
Xərçəng - günün ilk yarısı mühüm işlər və genişmiqyaslı layihələr üçün əlverişli deyil. Başlamaq istədiyiniz işin təfərrüatları, detalları barədə mümkün qədər çox informasiya toplayın. İşgüzar görüşə hazırlaşın. Ünsiyyət zamanı qarşı tərəflə sayıq davranın.
Günün ikinci yarısında maraqlarınızı tam təmin etməyə çalışın.
Münaqişə və ya mübahisələrə qatılmayın. Belə olayların gözlənilməz fəsadları ola bilər. Yaxınlarınızla təmaslarda səmimi və qayğıkeş olun.
Axşam saatlarında əyləncə məkanına yollana bilərsiniz.
Şir - işlərinizin irəliləməsi üçün başqasının təcrübəsindən yararlanın. Maraqlandığınız məsələlərdə ciddi nailiyyətlər üçün peşəkarın yardımına ehtiyacınız var.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni işlərə hazır olun. Fəqət tələsməyin. Əvvəlcə planlaşdırın, sonra reallaşdırmağa başlayın.
Yaxın ətrafınızdakı insanların qeydinə qalın. Köhnə dostlarla təmasları intensivləşdirin. Axşam saatları romantik görüş üçün əlverişlidir.
Qız - günün ilk yarısında önəmli işə başlamaq olar. Aktiv ünsiyyət və yeni insanlarla görüşlərdə xeyir var. Gərəkli informasiyanı əldə etməyə çalışın.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Situasiyadan dərhal yararlanmağa tələsməyin.
Günün ikinci yarısında vəziyyəti yaxşı təhlil edin. Sevdiyiniz insanın davranışındakı fərqlər sizi təəccübləndirməsin. Şəxsi həyatınızda yeniliklər ola bilər. Ənənəvi yaşam ritminizin dəyişikliklərə ehtiyacı var.
Tərəzi - ötənlərdə verdiyiniz vədlərlə bağlı səhər saatlarında problemlər yarana bilər. Narahat olmayın, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Aktiv olun, yarımçıq işləri tamamlayın. Müşkül vəziyyətdən çıxış yolu olduğunu unutmayın.
Günün ikinci yarısında yeni məlumat, gözlənilməz informasiya istisna deyil.
Yaxınlarınızla ünsiyyətdə tam səmimiyyətə bel bağlamayın. Sevdiyiniz insanla təmaslarda qıcıq, suallardan yayınmaq hissi yarana bilər. Axşam saatlarına yaxın enerji səviyyəniz aşağı düşəcək. İstirahətə normal vaxt ayırın.
Əqrəb - qarşınıza həddən ziyadə çətin məqsədlər qoymayın. Belə məqsədlərə çatmaq üçün özünüzdə qüvvə hiss edirsinizsə, aramla çalışın. Rutin işlərin başa vurulması üçün yardıma ehtiyacınız var. Əks təqdirdə əhvalınız pozulacaq, özünüzü yorğun hiss edəcəksiniz.
Günün ikinci yarısında məişət qayğıları diqqətinizi yayındırmasın. Ailə üzvlərinizi əhvalınız və fikirləriniz maraqlandırmayacaq. Belə eqoizm sizi pərişan edə bilər. Nəticə çıxarmağa tələsməyin. Bilmədən kiminsə xətrinə dəyə bilərsiniz.
Oxatan - günün ilk yarısı həddən artıq mühüm məsələlərin həlli üçün əlverişli zaman deyil. İşgüzar aktivliyinizi azalda bilərsiniz. Peşəkar fəaliyyət ortamını dəyişmək olar. Problemlər barədə çox düşünməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər. Real danışan insanlarla təmaslara üstünlük verin. Təklifləri nəzərdən keçirəndə diqqətli olun. Kimdənsə asılı vəziyyətə düşməyin.
Axşam saatlarında şəxsi münasibətlərdə anlaşılmazlıq və münaqişələr yarana bilər. Sevdiyiniz insanlarla harmonik təmasları qorumaq üçün əsassız qısqanclığa qapılmayın.
İnam sevgidir.
Oğlaq - diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və yanlışlıqlar sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar münasibətlər korlanacaq. İşdə rəhbərliyin tələbləri ziddiyyətli, qarışıqdır. Həmkarlarınız ümidlərinizi doğrultmayacaq. Günün ikinci yarısında alış-veriş uğursuz olacaq.
Yaxınlarınızın dəstəyi çox mühümdür. Məhz onların sayəsində ruh düşkünlüyünə qapılmayacaq, yaxşı əhval-ruhiyyədə olacaqsınız. Ev işləri sizi pessimizmdən qurtara bilər.
Mənasız və əsassız əndişələrə qapılmayın. Təlaş işlərə ciddi ziyan vura bilər.
Dolça - günün ilk yarısında ciddi işlərlə məşğul olun. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Tərif gözləməyin. Təkliflərinizin dərhal eşidiləcəyini, müzakirə olunacağını düşünməyin. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.
Qətiyyətli və iradəli olsanız, məqsədə çatacaqsınız. Ailə üzvlərinin problemlərindən hali olun. Sonuclardan razı qalacaqsınız. Minnətdarlıq gözləməyin. Axşam saatlarını sakit ortamda keçirin.
Balıqlar - günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və məsuliyyətli işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlarla bağlı qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın, potensial sifarişçi və ya yaşamınızda önəmli rol oynayacaq insanlarla müzakirələrə başlayın.
Günün ikinci yarısında diqqət mərkəzində olmayın, bir müddət kölgəyə çəkilin. Təmasları məhdudlaşdırın. Ən yaxın insanların yardımlarına bel bağlaya bilərsiniz. Yeni tanışlara isə inanmayın. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Milli.Az
Ərdoğan Misir XİN başçısını qəbul edib - FOTO
İraqda seçki - Baş nazirin lideri olduğu koalisiya qalib gəlib
Polşa XİN başçısından şok açıqlama: "Ot yeyərik, lakin Rusiya müstəmləkəsi olmarıq"
Məkkənin cənubu su altında qalıb - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Kürdəmirin yeni icra başçısı haqda maraqlı məlumat yayıldı
"Sabah bizi gərgin və önəmli oyun gözləyir" - Ayxan Abbasov
Ərdoğan Gürcüstan prezidenti ilə zəngləşdi - Təyyarə qəzası ilə bağlı müzakirə aparılıb
Çin Liviya ilə diplomatik əlaqələri bərpa edib - 10 ildən sonra
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib - FOTO
Qəzzada ölənlərin sayı 69 185-ə çatıb
Bu ay 4 bürcü böyük sürprizlər gözləyir: pul, karyera və...
Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı
Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"AzerGold" rəhbəri "vurulan" sabiq rəisə yenidən vəzifə verdi
“AZART”ın sahibinin bahalı avtomobillərinə həbs qoyulub
Tramp ölkə başçısına məktub göndərdi: "Netanyahunu bağışla!"
Dövlət Baxçalı: "20 əsgərimizin şəhid olması böyük acı yaşatdı"
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir, özünün isə xəbəri yoxdur - Məhkəmə prosesi
Ərdoğan MHP lideri ilə görüşəcək
"İpoteka haqqında" qanun dəyişib - Nələr olacaq?
"Music Gallery" ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub
Media yazdı, Baş Prokurorluq cinayət işi açdı - Təfərrüat
Prezident icra başçıları ilə görüşdə: "Sizə heç kim qanunsuz tapşırıq verməyəcək, əgər kimsə bu tapşırığı verərsə..."
C-130-dakı 20 hərbçidən 18-nin nəşi və "qara qutu" tapılıb - VİDEO
İlham Əliyev yeni icra başçıları ilə Naxçıvanın rəhbərini qəbul etdi, sərt tapşırıqlar verdi: "Bəzi məmurlar özlərini apara bilmirlər" - FOTOLAR
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
"Sudan nümunələr götürülüb" - Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? (VİEO)
Cəbrayılda mağazada alkoqollu içkilər satılır
İlham Əliyev şirkət rəsmilərini qəbul edib - Nələr müzakirə olunub?
KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam
Azərbaycanın görkəmli aşıqlarının adları UNESCO-nun yubileylər proqramına daxil edilib
İcra Hakimiyətinin rəsmi saytında bu şəxsin iş nömrəsi niyə göstərilmir? - FOTOFAKT
İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir
Sabah hava necə olacaq? - Proqnoz
Yeni Regional Mədəniyyət İdarələri yaradıldı - Fərman