Putin NATO-nu təhdid etdi

img

22-07-2014 [17:36]


NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Putin qeyd edib ki, NATO-nun ordu birləşmələri Şərqi Avropa ölkələrində, xüsusilə də Qara və Baltik dənizləri akvatoriyalarında nümayişkəranə şəkildə gücləndirilir.

Onun sözlərinə görə, Rusiya sərhədlərinə yaxınlaşmaqda olan ABŞ-ın raketlərdən müdafiə sistemi Vaşinqtonun hücum sisteminin bir hissəsidir: "Bizə deyirlər ki, raketdən müdafiə sistemi müdafiə üçündür, amma heç də belə deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA